App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bolt
Bolt

Bolt haqqında şikayətlər və rəylər

Taksi şirkəti Taksi şirkəti
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Bolt Azərbaycanda taksi və sərnişindaşıma xidmətləri təqdim edir. Siz bu səhifədə Bolt haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bolt barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
1%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
81%
  • V
    Vüqar 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən səhər Masazıra Boltdan taksi çağırdım, tətbiqdə 19.40 seçdim. Dəqiq ünvana çatanda 30 AZN dedi. Öz proqramımda baxdım, 30 AZN yazmışdı. Evdə yenə yoxladım, həmin ünvana 21 yazdı. Başa düşürəm, ayrı-ayrı saatlarda qiymət dəyişir, deyə 30 AZN niyə belə olur? Sürücünün günahı deyil, yəqin siz tərəfdən belə olur.

  • Ç
    Çırax 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən imtahana gecikdiyim halda taksi sifariş vermişəm və sürücü çatdığı halda yanımdan keçib getdi, sonra mənə zəng elədi ki gəlirəm, amma daha sonra imtina etdi. Bəlkə də özü bunu görəcək, insafın olsun biraz.

  • N
    Natiq 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bolt çatdırılmadan istifadə etməyin. Çatdırılmamış əşyaya görə Bolt çatdırılma xidmətini təşkil edənlər heç bir məsuliyyət daşımırlar. Göndərdiyiniz bağlama, əşya itərsə, sizə kompensasiya filan ödənilməyəcək. Boltdan çatdırılma xidməti sifariş etdik. Sürücü 7 dəqiqəlik yol getməli idi. Sürücü əks istiqamətdə hərəkət etdiyi üçün ona tətbiq üzərindən yazdıq. 21 dəqiqə sonra sürücü cavab verdi ki, üzrü sayın, proqram yolu düzgün göstərmədiyi üçün əks istiqamətə gedirəm. Daha sonra isə sürücüyə zəng də çatmadı, yazılmış mesajlara da cavab vermədi. Bolta şikayət etdikdə isə qəribə cavab verdilər, əlavə edilmiş cavablarına baxa bilərsiniz. 3-4 saatdan sonra sürücü axır ki zəng etdi, bağlamanı və ödənişi geri qaytardı.

    Ardını oxu...
  • R
    Rüstəmova 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    5 nəfər idik və biri uşaq idi, ona görə əlavə 3 AZN pul istədi. Yol boyu təhqir edirmiş kimi danışdı. Sonra isə saxla dediyimiz halda saxlamadı, bir küçə gedəndən sonra saxlayıb 2 manatımızı aldı. Gəncədə qırmızı Nisan, 20-EN-555 idi, səhv etmirəmsə Vüsal idi adı da. Məncə, işə götürəndə görün necə birini götürürsünüz, camaatdan istifadə edirlər.

  • K
    Kənan 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, hər vaxtınız xeyir, necəsiniz. Xaçmaz rayonundan yazıram. Niyə bu taksilər 4 manatlıq yolu 8 manat istəyir? Xahiş edirəm, bununla bağlı tədbir görəsiniz?

  • Z
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Masazır Sədərək, Ticarət Mərkəzi 10.50. Mən də yazmışam: sürücünün proqramı sənə 12.50 yazmış, bu necə olar?

  • A
    ★
    ★
    ★
    ★
    ★

    Mənim tətbiqdə 5 AZN qiymət göstərilirdi, ünvana çatanda sürücünün tətbiqində 7 AZN göstərildi. Sürücü 7 AZN tələb elədi. Zəhmət olmasa, belə vəziyyətlərə görə tədbir görün.

  • E
    Elnur 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sifarişimdə 11.70 AZN yazıldığı halda, ünvana çatdıqda isə 18.80 AZN tələb edildi, səbəb?

  • S
    Simnarə 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Vurulan konuma gəlmir, taksi hər zaman problemli olur, düzgün deyil, evə yaxın konum vurulur, sürücü özbaşına davranır, bir ulduz belə sizə çoxdur.

  • İ
    İlahə 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Binəqədi Gölü yaxınlığının Comfort hourly sifariş vermişəm. Amma sürücü bildirir ki, məndə saatlıq olması barədə heç bir məlumat əks olunmayıb. Zəhmət olmasa, təcili şəkildə dəstək göstərərdiniz. Sürücü məlumatları: Elçin +994 XXX-XX-XXXXX, BYD Destroyer 05, White · 77-UO-439

Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bolt Baku reyler, bolt baki haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Restoran və coffeeshopunuz üçün pulsuz loyallıq proqramı

Bələdçi Card ilə müştərilərinizi geri qaytarın, satışları artırın. Restoran və coffeeshoplar üçün tamamilə pulsuz rəqəmsal loyallıq proqramı. 1 günə qoşulun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bolt barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq