App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bravo
Bravo

Bravo haqqında şikayətlər və rəylər

Supermarket Supermarket
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Bravo haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bravo barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (60)

5 ★
5%
4 ★
2%
3 ★
2%
2 ★
13%
1 ★
70%
  • Ş
    Şəbnəm 7 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Bravolardan şikayət yoxdur. Yaxşıdır, insanları və müdüriyyətləri. Ta ki, bu günə kimi. Bravo Əhmədli Məmməd Hadi küçəsində olanda Bravodan çox şikayətim var. Əgər tədbir görməsəniz, şikayətim İvin bəyə kimi gedib çatacaq. Müdür müavini mağazada at oynadır. Şəfa xanımdan çox şikayət edirəm; müdür yoxdur, mağazada at oynadır. Bu şikayəti mən tək deyiləm; edən müştərilər də var, öz işçiləri belə ondan şikayət edir. Mən müştəriyəm, niyə kobudcasına danışır, hə? Deyim biləsiniz ki, müştəri itirirsiniz. Onunla bağlı tədbir görün, zəhmət olmasa. Mən oranın müştərisiyəm, mən gələn dəfə ora gedəndə onu orda görmək istəmirəm. Əgər siz barəsində tədbir görməsəniz, İvin bəyin yanına gedib ona şikayətimi bildirəcəm, bu qədər.

    Ardını oxu...
  • K
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Mən Xuduyev Kənan. Bravo Marketdə yeni işləyirdim, çıxmışam. İndi haqsızlığa görə 20 Yanvar 1001 mağazasında haqsızlıq var. İşçiyə qarşı Həmzəyeva Elnarə şöbə müdiri və Tural insan resursu ilə əlaqə saxladım, bu işə baxmadılar. Xahiş edirəm, bununla bağlı tədbir görülsün, əlaqə saxlanılsın. Zəhmət olmasa mənimlə ***.

  • MM
    Mahirə Məmmədova 29 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, hörmətli Bravo kollektivi. Sizin Abşeron City Xırdalan kompleksi ərazisində açdığınız market biz sakinlərə çox xoşdur, lakin burada bir çox yaşayan insanlar, xanımlar var ki, burada Bravo marketin mühafizəçisi haqqında çox qeyri-etik hərəkətlərinə görə narazıyıq. Abşeron Xırdalan Bravo Market, Heydər Əliyev prospekti ərazisində yerləşən Abşeron City yaşayış kompleksinin içəri qapısı olan Bravo marketi, sizə şikayət yazıb bildirirəm ki, qapıdan içəri girişdə, 6 may saat 19:00 vaxt ərzində o postda oturan mühafizəçi haqqında şikayətim vardır. Xahiş edirəm ki, burada yerləşən kamera görüntülərini ortaya qoyub onun o postdakı çıxışında müştərilərlə davranışı, etikası, qızlara, qadınlara hərəkətlərini müşahidə edəsiniz. Bu şəxsin evində anası, bacısı yoxdur? Yoxsa bu Bravo filialında sanki gələn-gedən onun düşündüyü, gördüyü kimdir? Burada yaşayan sakinlərin ərizəsini, imzasını toplayıb yazılı formada da şikayət ərizəsi verəcəyik. Lazımi göstərişlərinizi verəsiniz, nəzarət olunsun. Təşəkkür edirəm, öncədən sizə.

    Ardını oxu...
  • P
    Pərviz 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün Nərimanovda Life Center-də yerləşən Bravo-da köhnə şirniyyatları mikrodalğalı sobada qızdırıb yeni şirniyyat adı ilə müştərilərə satırlar. Bununla bağlı şikayətinizi qeyd almağınızı istəyirəm.

  • V
    Vaqif 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis, müştəriləri narazı salırlar və 0 münasibət var

  • A
    Aysel 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bununla ikinci dəfə qarşılaşıram, vaxtı keçmiş məhsul hələ də yığışdırılmır. Bu gün 21.02.2026. Və 18.02.2026-də vaxtı bitmiş balıq satılır, özü də balıq, ən təhlükəlisi.

  • E
    Elcan 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bravo market Şüvəlan da 02.02.2026 tarixində gecə 23:00–00:00 aralığında işləyən kassir xanımlar dindirmək mümkün deyil, and olsun Allaha, çox kobud davranırdılar. Mənim mədəniyyətim ona icazə vermədi ki, mən onların hər birinə acı cavab verim. Çox mədəniyyətsizcə cavab verirlər. Mən bir bəy olaraq şəxsən onların yerinə utandım. Şəxsən mən və mənim yanımdakı qonaqlarım iyrənc qarşılamanı bəyənmədik. Şikayətimizi də lazımı orqanlara bildirəcəyik!

  • S
    Suleyman 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Gəncə Şəmkir avtovağzalında yerləşən Bravo marketdə məhsulların istehsal tarixi bitib, bu barədə Qida Təhlükəsizlik Agentliyinə xəbərdar edirəm. Xəbəriniz olsun

  • T
    Tahir 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bugün sizdən lavaş aldım, 1-cisi lavaşın tarixi bitib, bir də kiflənib. Zəhmət olmasa, bu barədə tədbir görülsün.

  • Y
    Yunis 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, 20-ci sahədə yerləşən filialınızda kassirlərin müştərilərə qarşı davranışı 0-dır. Öncəliklə də oğlan işçiləri zəhmət olmasa, bu barədə tədbir görün, ümidvaram ki, bir də belə hallarla qarşılaşmarıq.

Bələdçi.az saytının Bravo şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bravo Baku reyler, bravo haqqinda reyler, Bravo shikayet, bravo reyler, Bravo kampaniyalar, Bravo sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bravo barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq