CityNet haqqında şikayətlər və rəylər
Siz bu səhifədə CityNet haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin CityNet barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (89)
-
Я клиент этой компании. Уже некоторое время у меня нет интернета. Звоню — никакой реакции. Очень ужасное обслуживание. Никому не советую.
Tərcümə et
-
Mən əvvəllər Real Telecom-un istifadəçisi olmuşam. Bir gün CityNet əməkdaşları qapıma gələrək mənə internet və televiziya xidmətini 17 AZN aylıq tariflə təklif etdilər. Xüsusi olaraq soruşdum ki, bu qiymət müvəqqətidir yoxsa daimi olacaq. Mənə bildirildi ki, bu tarif daimidir və dəyişməyəcək. Bu məlumatlara əsaslanaraq mövcud operatorumu dəyişərək CityNet xidmətinə qoşuldum. Lakin hazırda heç bir əvvəlcədən məlumatlandırma olmadan tarif 35 AZN-ə qaldırılıb. Bu isə mənə təqdim edilən ilkin şərtlərə ziddir və istehlakçı olaraq hüquqlarımın pozulmasıdır. Bundan əlavə, bu məsələ ilə bağlı dəfələrlə müraciət etsəm də, şikayətim CityNet tərəfindən qeydə alınmır və müraciətlərimə laqeyd yanaşılır. Qeyd etmək istəyirəm ki: - Mənə yanlış və aldadıcı məlumat verilib - Tarif dəyişiklikləri barədə əvvəlcədən rəsmi məlumat təqdim olunmayıb - Şikayətlərim qeydə alınmır və ciddi şəkildə araşdırılmır - Mən bu qərarı yalnız mənə verilən sözlərə əsaslanaraq qəbul etmişəm Buna görə tələb edirəm: 1) Mənə əvvəl vəd edilən 17 AZN tarifinin bərpa olunması. Əks halda, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi şikayət edəcəyəm.
Ardını oxu... -
После 12 часов ночи постоянно пропадает интернет. Один раз насчитал аж целых 5 раз за ночь. Крайне не советую к ним подключаться.
Tərcümə et
-
Ölkənin ən keyfiyyətsiz provayderi. Təzə qoşulanda yalvarıb anında xidmət göstərir, paketi yüksəltmək üçün əlaqə saxlamışıq, həftələrdir fırladırlar. Keyfiyyətdə də 0
-
Несерьёзная компания, никому не советую подключаться!
Tərcümə et
-
Salam. Sizin əməkdaşlardan və şirkətdən çox narazıyam. Citynetə abunə olandan sonra hər ay 3-4 dəfə şikayət edirəm. Amma şikayətimi ya ciddiyə almırlar, ya da şikayət etdiyim problemi aradan qaldırmaq imkanına malik deyilsiniz. Məndə TV donur, internet zəifdir. Hər dəfə zəng edəndə uzaqdan xəttə yenilənmə vurmaqla kifayətlənirlər. 2 dəfə texnik gəlib. 1-ci texnik ruteri 20 sm qapıya yaxınlaşdırıb, sonra evdəkilərə deyib ki düzələcək. Yenə şikayətdən sonra 2-ci texnik gəlib, TV-də interneti 5G-ə keçirib deyib düzələcək. 3-cü texnik ümumiyyətlə gəlmədi. Zəng elədi ki, yenilənmə vermişəm, düzələcək. Texniklərin gördükləri tədbirlər gülməlidir, vallah. Xahiş edirəm bu şikayətimi rəhbərliyə çatdırın və rəhbərlikdən məsul şəxs zəng eləsin ki, şikayətiniz rəhbərliyə bildirilib. Onu da qeyd edim ki, 4-5 gün əvvəl yenə zəng eləmişdim, dedilər texnik gələcək, amma heç kim gəlmədi.
Ardını oxu... -
Müştəri xidmətləri bərbad vəziyyətdədir, robotdurlar, elə bil. Çətinliyi aradan qaldırmaq üçün heç bir iş görmürlər. İşləyə bilmirsiniz. Bir ulduzdan artıq deyil, heyf.
-
Yeni Yasamal 2, ev 9 ünvanında yaşayıram. CityNet şirkətinin 10 ildən artıqdır ki istifadəçisiyəm, həm internet, həm də IPTV. 10-12 il qoşulmağıma baxmayaraq IPTV-nin avadanlığı işləmir və mən bu şirkətə başa sala bilmirəm ki bu avadanlığın mənə heç bir aidiyyəti yoxdur, avadanlıq şirkət tərəfindən təqdim olunub və 12 ildir ki bu avadanlıq dayanmadan işləyir, heç bir kənardan müdaxilə olunmayıb. Mənə bildirirlər ki avadanlığın pulunu ödəməliyəm, ən azı hər bir əşyanın istifadə müddəti və köhnəlməsi var. 12 il istifadə olunan avadanlığa görə mən niyə pul ödəməliyəm? Nəticədə mən CityNet şirkətinin xidmətlərindən imtina edəcəm və digər alternativ provayderlərə qoşulacam. Səbəbi isə bir normal düşüncəli problemi həll edə bilən və kompromisə gedən işçinin olmamasıdır.
Ardını oxu... -
Безобразие, ни телефон, ни интернет не работают и невозможно дозвониться до службы
-
Salam, internet çəkilən gündən sonra işlədi, indi 3 gündür çox zəifdir, həddinən artıq zəifdir. Bu gün heç işləməyib demək olar ki, zəhmət olmasa baxış keçirilsin.
Bələdçi.az saytının CityNet şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
CityNet Baku reyler, citynet haqqinda reyler, CityNet shikayet, citynet reyler, CityNet kampaniyalar, CityNet sikayet, unvan
Bakıda
