Domino's Pizza haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Domino's Pizza haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Domino's Pizza barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (3)
-
Salam. Bu gün mən 2 pizza sifariş etdim. Sifarişlərdən biri Domino’s Pizza tərəfindən gecikməyə görə hədiyyə olaraq təqdim edilməli idi. Lakin ikinci pizzanı sifariş etmək istəyəndə sistemdə “Siz artıq sifarişinizi istifadə etmisiniz.” kimi bildiriş çıxdı. Mən sifarişi təsdiqlədikdən sonra da eyni məlumat göstərildi ki, guya hədiyyə pizzadan istifadə olunub. Halbuki həmin hədiyyə pizzanın istifadə müddəti 2 aprel tarixinə qədər idi. Biz məsələ ilə bağlı operatorla 3 dəfə əlaqə saxladıq və şikayətimizi bildirdik. Buna baxmayaraq, nə pizza göndərildi, nə də bizə düzgün məlumat verildi. Bildirildi ki, məsələ Nərimanov filialına yönləndiriləcək, lakin bununla bağlı da heç bir geri dönüş olmadı. Xahiş edirəm, məsələ araşdırılsın və problem həll edilsin. Zəhmət olmasa, müştərilərinizin xahiş və istəklərini cavabsız qoymayasınız.
Ardını oxu... -
Sizə bir şikayət bildirmək istəyirəm. Xırdalan filialınızdan çox şikayətçiyəm, neçə vaxtıdır oradan pizza zakaz edirəm, soğanlar iri-iri, bibərlər iri-iri, göbələk demək olar ki, içində yoxdur, görsənmir belə. Xirdalan filialında işə çox məsuliyyətsiz yanaşırlar, sevərək yediyim Domino's pizzadan bugün iyrəndim. Xahiş edirəm, bu şikayətimi nəzərə alın.
-
Pizza çox balaca dadsiz ve bahdi qiymət dehset
Bələdçi.az saytının Domino's Pizza şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Domino's Pizza Baku reyler, dominos haqqinda reyler, Domino's Pizza shikayet, dominos reyler, Domino's Pizza kampaniyalar, Domino's Pizza sikayet, unvan
Bakıda
