App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Domino's Pizza haqqında rəy

2 ay əvvəl

S
Serafet yazır:
★
★
★
★
★

Salam. Bu gün mən 2 pizza sifariş etdim. Sifarişlərdən biri Domino’s Pizza tərəfindən gecikməyə görə hədiyyə olaraq təqdim edilməli idi. Lakin ikinci pizzanı sifariş etmək istəyəndə sistemdə “Siz artıq sifarişinizi istifadə etmisiniz.” kimi bildiriş çıxdı. Mən sifarişi təsdiqlədikdən sonra da eyni məlumat göstərildi ki, guya hədiyyə pizzadan istifadə olunub. Halbuki həmin hədiyyə pizzanın istifadə müddəti 2 aprel tarixinə qədər idi. Biz məsələ ilə bağlı operatorla 3 dəfə əlaqə saxladıq və şikayətimizi bildirdik. Buna baxmayaraq, nə pizza göndərildi, nə də bizə düzgün məlumat verildi. Bildirildi ki, məsələ Nərimanov filialına yönləndiriləcək, lakin bununla bağlı da heç bir geri dönüş olmadı. Xahiş edirəm, məsələ araşdırılsın və problem həll edilsin. Zəhmət olmasa, müştərilərinizin xahiş və istəklərini cavabsız qoymayasınız.

Domino's Pizza haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!