App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

İrşad haqqında rəy

7 ay əvvəl

E
Emin yazır:
★
★
★
★
★

Salam. 27.07.2015 tarixində Hövsandakı İrşaddan iki məhsul almışam. Hər iki məhsula 3 aylıq zəmanət talonu verilmişdi: Nokia telefon (179 AZN) və Bluetooth qulaqcıq (99 AZN). Telefon ilk günlərdən danışıq zamanı əks-səda (exo) verirdi və səs arada kəsilirdi. 2 ay tamam olmamış qulaqcıq da sıradan çıxdı. Övladım Xətai filialındakı servisə yaxınlaşıb məhsulu ora təhvil verəndə deyilmişdi ki, məhsul təmir olunmur, yenisi ilə əvəz olunacaq. 10 gün sonra mənə SMS gəldi və kobud şəkildə məlumat verildi ki, məhsul zəmanətlə təmir olunmayacaq, hara istəyirsiniz, şikayət edə bilərsiniz. Belə çıxır ki, İrşad təkcə məhsulu satana qədərdir; zəmanət talonu olduğu halda belə müştəriləri başından edir. Xahiş edirəm, hətta tələb edirəm ki, hər iki məhsul zəmanətlə təmir olunsun və ya yenisi ilə əvəz edilsin. 4 AC 095 — məhsulun kodudur, hal-hazırda servisdədir. Əks halda bu məsələni ictimailəşdirməyə məcbur olacağam. Ümid edirəm ki, məsələ qısa zamanda öz həllini tapacaq, haqq-ədalət yerini tapacaq. Qabaqcadan təşəkkür edirəm. Hörmətlə, Emin R.

İrşad haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!