Salam, mən İrşaddan elektrikli sac almışdım. Aldıqdan 10 gün keçməmiş məhsulun qulpu düşdü, üzərinə qoyduğum stolu belə saraltmışdı. Çətinliklə aldığım filiala verdim ki, servisdə baxılsın, lakin qəbul etmirdilər ki, bu, bizlik deyil. 10 gün sonra mənə məlumat verildi ki, məhsul zəmanətlə təmir olunmayacaq, yenidən ödəniş etməlisiniz. Hara istəyirsiniz, şikayət edə bilərsiniz. Belə çıxır ki, İrşad sadəcə məhsulu satana kimidir; zəmanət talonu olduğu halda belə müştəriləri başından edir. Xahiş edirəm, məhsul zəmanətlə təmir olunsun və ya yenisi ilə əvəz edilsin. IRK375247 məhsulun kodudur, hazırda servisdədir. Əks halda bu məsələni ictimailəşdirməyə məcbur olacağam. Ümid edirəm, məsələ qısa zamanda öz həllini tapacaq, haqq-ədalət yerini tapacaq. Belə olmadığı müddətdə ödəniş etməyəcəyəm. Qabaqcadan təşəkkür edirəm. Hörmətlə, Sadiqi Sahilə.
İrşad haqqında daha çox rəy oxu