Kapital Bank haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Kapital Bank haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Kapital Bank barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (54)
-
Çox bərbad saxtakarlıqla məşğul olan bankıdır. Vəsaitim mənimsənilib bank tərəfindən və geri qaytarılmır. Bankın 4 əməkdaşından əlaqə saxlamışam, heç bir nəticə görülmədi, özlərini haqlı hesab edirlər. Hələ bir uzsuzluqla mənim xərclədiyim kartima oturmusan məbləği xərclədiyini deyirlər. Necə olursa mən yox, bunlar bilir mənim vəsaiti xərclədiyimi. Nermin xanım adlı əməkdaşı üzünə duraraq pulun kocduyunu mənim xərclədiyimi bildirir. Bu necə özbaşınalıqdır, saxtakarlıqdır. Bir ay gözləildim, necə əməkdaşından danışdım, heç bir nəticə görülmədi, bu bank xidməti özləri də bilmir, nəyə xidmət etdiklərini fırıldaqçılıq. Özbaşınalıq. İsçiləri də özləri kimi utanmaz-utanmaz boşluq çıxarır müştərini heç bir sənəd sübut təqdim etmədən.
Ardını oxu... -
Mənə bildirilmədən balansımdan 10 AZN 34 qəpik çıxılır. Səbəb nədir və necə ola bilir ki, mən təsdiq etmədən olur bu işləm. Bu açıq-aşkar soyğunçuluqdur. Biz kart bankdan alırıq, bank bizə bilirmədən pul çıxır, bu nə deməkdir?
-
Kapital Bank çox pis xidmət göstərir, işçiləri laqeyd yanaşırlar, günlərlə pul geri gaytarilmir, xidmətin səviyyəsi sıfır. Qarnar xəttdə zəng edib saatlarca düşmək olmur! Bank xidmətini bahalaşdırıblar, soyguncu və tamamilə dələduzluğa məşğuldurlar. Məsələhət görmürəm, bu bankın xidmətindən istifadə etməyəsiniz qəti surətdə.
-
Çox bərbad bir bank qurumudur, müştəri xidməti sıfır, sistem səhvinə görə muştərini üstündürlər, hətta saxtakarlıqlarini göstərirəm sıfır reaksiya, ortada pulum batıb. Hələ bir nəticə yoxdur, qəbzdə komissiyaya tutulan məbləğ 2 gün sonra ədv vergisinə cevrilir
-
Salam 2025 ci il 19 və 20 aprel tarixlərində müvafiq olaraq 5.06 qəpik və 8.64 qəpik məbləğində Temu adlı bağlama şirkətindən geri ödəniş etmişəm. Bu məbləğlərin geri qaytarılmasını gözləyirəm, amma indiyədək bu karta geri ödəniş kimi gösdərsələrdə, məbləğ balansıma qayıtmayıb. Zəhmət olmasa bu məsələni araşdırın. Ödənişlərimi “Temu” vasitəsilə etmişəm.
-
Salam, artıq 7 gündür anamın pensiya kartın 01******** Zaur adlı operator bloklayıb, keçən ayda blok edir, açır kartı bir neçə dəfə təkrar edir, heç bir məhkəmə qərarı olmadan xahiş edirəm, bu məsələyə baxılsın.
-
Müştəri xidməti sıfır. "Həll edəcəyik" deyib yox olurlar. Fırıldaqçı, məsuliyyətsiz bankdır. İlk dəfə müştəri oldum, 2 həftə sonra peşman etdilər. Sifariş etdiyim kartları göndərmirlər. Əlaqə saxlanılmır. Yəni ən bərbad bank.
-
Qohumum bankdan 2024.04.19 tarixində kapital bankdan 9200 pul götürüb aylıq 580 AZN maaş alır, üst-üstə cəmi 30 gün gecikməsi olub, maaşlar vaxtı vaxtında verilməyib. Ona görə gecikmələr olub, reklamda deyirsiniz, gecikməsi olanlara da veririk. İndi biz yenidən o pulun üstünə pul götürmək istəyirik, xahiş edirik, kömək edin, Hacıqabul filialı deyir ki, 4 aydan sonra açıqlama verin bilək.
-
Zəhmət olmasa, əziyyətinizdən keçib, bir balaca özünüzə əziyyət verin, xahiş edirik, rica edirik, bu vətəndaş zənglərinə heç olmasa gün ərzində cavab verin. Mən 3 gündur 196 xidməti ilə əlaqə saxlaya bilmirəm.
-
Hörmətli Kapital bank rəhbərliyi, Bankınızın fəaliyyətindəki ciddi nöqsanlar artıq dözülməz həddə çatıb. Ədv geri al sisteminiz tamamilə yararsız vəziyyətdədir. Məlumatlar portala daxil edilsə də, nə sistemə düşür, nə də balansa əlavə olunur. Üstəlik, bank sisteminizin tez-tez çökərək işləməməsi müştərilərə ciddi problemlər yaradır. Bu cür məsuliyyətsizlik qəbulolunmazdır. Xahiş deyil, tələb edirəm ki, dərhal bu problemlərin həllinə başlanılsın. Əks təqdirdə, müvafiq qurumlara rəsmi şikayət ilə müraciət edəcəyəm.
Bələdçi.az saytının Kapital Bank şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Kapital Bank Baku reyler, kapital-bank haqqinda reyler, Kapital Bank shikayet, kapital-bank reyler, Kapital Bank kampaniyalar, Kapital Bank sikayet, unvan
Bakıda
