App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

KFC haqqında rəy

7 ay əvvəl

A
Azhdar yazır:
★
★
★
★
★

Salam. 28 mall-da yerləşən KFC dən 1 basket kartof qızartması (french fries) və 4 ədəd ketçup sifariş verdim. Diğər məkanlarda yerləşən KFC dən fərqli olaraq basket tam doldurulmamışdı. Etiraz olaraq onlara arxalarındakı reklamı göstərərək basketdə olan kartofun tam olmadığını bildirdim və götürməkdən imtina edib fotosunu çəkdim (əlavə etmişəm). Cavab çox qəribə oldu. O reklamdadır, hamıya belə veririk. Onda belə çıxır bu fırıldaqçılıqdır? Reklamda başqa, həqiqi başqa? Sifarişdən imtina etdim, dedilər mümkün deyil, sifariş artıq hazırdır. Basketin şəklini çəkib sifarişi qoyub gedərkən bir xanım - çox sağ olsun - məni çağırıb çeki alıb sifarişi geri qaytarma etdi. Eyni sifarişi McDonaldsda etdim və razı qaldım. İndiyə qədər sizin əməkdaşın "o reklamdadır "sözü hələ də yadımdan çıxmır. KFC-nin heç bir filialında belə hadisə ilə rastlaşmamışdım. Əlavə etdiyim şəkildə vaxt və tarix qeyd edilib.

  • Şəkil
KFC haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!