KFC haqqında şikayətlər və rəylər
Siz bu səhifədə KFC haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin KFC barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (53)
-
Salam, Gəncədə yeni açılan Heydər Əliyev prospekti filialında müştəri xidməti çox aşağı səviyyədədir. Növbədən kənar müştərinin qabağa salınması məni çox pis təsir etdi (şəxsən mən növbə gözlədiyim zaman sonradan gələn "tanışlarını" növbədən kənar qabağa saldılar).
-
Я заказала заказ в 13:20, нам сказали: заказ максимум 10–15 минут. Мы стоим около кассы, все заказы после нас уже готовы. Девочка на кассе относится ко всем ужасно и очень грубо (филиал «Гянджлик», молл).
Tərcümə et
-
KFC Park Bulvarda aparatdan sifariş verirdim. Pul çıxdı, amma sifariş xəta verdi. 10 dəqiqəyə geri qayıdacağını dedilər. 3 gündür nə zəng var, nə əlaqə var, nə də geri ödəniş. Bu da KFC müştəri məmnuniyyəti.
-
Salam. Bir az öncə 14,52 AZN-lıq sifarişə başqa çek gəlib. Zəhmət olmasa, nəzərə alın, diqqətsizliyi.
-
Salam, Mən 28 Mall filialında ekrandan sifariş edərkən kartımla ödəniş etdim. Ekranda ödənişin uğursuz olduğu göstərildi, lakin sonra kassada kartla ödəniş etdim. İşçilər mənə pulu 3–5 gün ərzində qaytaracaqlarını bildirmişdilər, amma hələ də geri ödəniş edilməyib. Zəhmət olmasa, problemi həll edə bilərsiniz? 22 fevralda olub.
-
Zefir Mall KFC hər dəfə problem yaşayırıq, işçilər çox pis rəftar edirlər müştəri ilə.
-
Şefburger menyu almışdım. Burgerin içindən tük çıxdı, qadın saçından bir tel idi, uzun idi. Anlamadım, çünki oradakı işçilərin saçları bağlı olur. Amma burgerin içində də toyuq var idi.
-
Salam. Mən KFC Bulvar Mall filialında 4 manat 90 qəpik məbləğində ödəniş etmişəm. Sonradan ödənişin ləğvi üçün mənə bildirildi ki, kartı terminala yaxınlaşdırsam 15 dəqiqə ərzində məbləğ kartıma qaytarılacaq. Bu deyilənə inanaraq kartı terminala yaxınlaşdırdım. 15–20 dəqiqə keçməsinə baxmayaraq pul qaytarılmadı. Yenidən müraciət etdikdə isə işçi/menecer Mehriban "unutduğunu" bildirdi və daha sonra 3–5 gün gözləməli olduğumu dedi. Nəticədə: Mənə yanlış məlumat verildi Vaxtım itirildi Şikayət və Təkliflər Kitabçası təqdim edilmədi Xahiş edirəm: Ödənişlə bağlı məsələ dərhal araşdırılsın Mənə yanlış məlumat verən məsul şəxsə tədbir görülsün Filialda şikayət kitabçasının niyə təqdim edilmədiyinə hüquqi qiymət verilsin Əks halda məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə (XXX-X) rəsmi müraciət edəcəyəm.
Ardını oxu... -
Otvratitelno, service 0, 20 minut jdala zakaz kotoriy ostival, sonra guya deyishtiler, oda yeniden bum buz sheyleri verdiler. Shikayet edende dediler standartlar budu, tualetden olu sican iyi gelirdi ustelik!!!! Mindarciliq, qabaqlari daha yaxshi idi!!!
-
Gənclik mall filialı kassir Nicat, iki xanım işçi Aysun və Ruhiyyə adlı işçilər laqeyd və kobud yanaşdılar işlərinə. Bəyənilməyən toyuq qanadlarını dəyişilməyini xahiş etdim eynisini təzədən qaytardılar. Yenidən yaxınlaşdım iki xanım gülümsədi, yeni gətirilən toyuq qanadlarını cılız, keyfiyyətsiz və qaralmış vəziyyətdə qoydular. Fast food seçimi sadəcə Siz olan müştərini (müştəriləri) itirirsiniz. Özünüz yəməyəcəyiniz qidanı kiməsə rəva bilməyin!
Bələdçi.az saytının KFC şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
KFC Baku reyler, kfc haqqinda reyler, KFC shikayet, kfc reyler, KFC kampaniyalar, KFC sikayet, unvan
Bakıda
