Salam. Mən KFC Bulvar Mall filialında 4 manat 90 qəpik məbləğində ödəniş etmişəm. Sonradan ödənişin ləğvi üçün mənə bildirildi ki, kartı terminala yaxınlaşdırsam 15 dəqiqə ərzində məbləğ kartıma qaytarılacaq. Bu deyilənə inanaraq kartı terminala yaxınlaşdırdım. 15–20 dəqiqə keçməsinə baxmayaraq pul qaytarılmadı. Yenidən müraciət etdikdə isə işçi/menecer Mehriban "unutduğunu" bildirdi və daha sonra 3–5 gün gözləməli olduğumu dedi. Nəticədə: Mənə yanlış məlumat verildi Vaxtım itirildi Şikayət və Təkliflər Kitabçası təqdim edilmədi Xahiş edirəm: Ödənişlə bağlı məsələ dərhal araşdırılsın Mənə yanlış məlumat verən məsul şəxsə tədbir görülsün Filialda şikayət kitabçasının niyə təqdim edilmədiyinə hüquqi qiymət verilsin Əks halda məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə (XXX-X) rəsmi müraciət edəcəyəm.
KFC haqqında daha çox rəy oxu