Salam. 11.03.2026 tarixində Araz supermarketlərindən birində MilliÖn aparatı vasitəsilə Contact Home mağazasına 90 AZN kredit ödənişi etmişdim. Aprel ayında yenidən ödəniş etmək istəyəndə bildirdilər ki, mart ayında ödəniş olmayıb və gecikmə kimi qeydə alınıb. MilliÖn qaynar xəttinə müraciət etdikdə saat dəqiqliyi soruşuldu. Çeki saxlamadığım üçün dəstək göstərmədilər və arxiv məlumatının olmadığını dedilər. Bu hal daha əvvəl də yaşanıb (kiçik məbləğlərdə), amma bu dəfə məbləğ böyük olduğu üçün ciddi problemdir. Xahiş edirəm, bu məsələ araşdırılsın.
MilliÖN haqqında daha çox rəy oxu