App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
MilliÖN
MilliÖN

MilliÖN haqqında şikayətlər və rəylər

Xidmət Xidmət
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə MilliÖN haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin MilliÖN barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (9)

5 ★
0%
4 ★
0%
3 ★
0%
2 ★
11%
1 ★
89%
  • A
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən Sumqayıt aparatınıza 50 AZN pulu 18.05.2026-cı il tarixdə saat 08:54 radələrində *** nömrəli karta yükləmək istəyərkən dəstəklənmədi və pulu geri qaytarmadı. Xahiş edirəm araşdırıb məlumat verəsiniz.

  • TQ
    Tubu Qurbanova 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. 11.03.2026 tarixində Araz supermarketlərindən birində MilliÖn aparatı vasitəsilə Contact Home mağazasına 90 AZN kredit ödənişi etmişdim. Aprel ayında yenidən ödəniş etmək istəyəndə bildirdilər ki, mart ayında ödəniş olmayıb və gecikmə kimi qeydə alınıb. MilliÖn qaynar xəttinə müraciət etdikdə saat dəqiqliyi soruşuldu. Çeki saxlamadığım üçün dəstək göstərmədilər və arxiv məlumatının olmadığını dedilər. Bu hal daha əvvəl də yaşanıb (kiçik məbləğlərdə), amma bu dəfə məbləğ böyük olduğu üçün ciddi problemdir. Xahiş edirəm, bu məsələ araşdırılsın.

  • V
    Vusal 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu ayın 4-cü ödənişini etmişəm, nömrəmə 40 AZN, nömrəmdən 40 manat çəkiblər, köçürmə etmirlər. M10, bu gün də atın 15, bu nədir edirlər? 11 gündür, mənim 40 manatımı qaytarmırlar.

  • TO
    Toğrul O. 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən Aztelekom internetinə pul vurmaq istəyəndə səhvən başqa bir adamın adına (Əliyev Rüstəm Əlibəy oğlu) göndərmişəm və vəsaiti geri almaq istəyirəm. İndi Aztelekoma zəng edəndə deyirlər: "MilliÖn-ə zəng edin", MilliÖn-ə zəng edəndə isə deyirlər: "Aztelekoma zəng edin." Bu nə deməkdir? Xahiş edirəm, mənə hər hansı bir yolla kömək edin. Məsələ 25₼-dır.

  • Ş
    Şəlalə 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mənfi! Qaz kartına 5 AZN pul yükləmişəm və əməliyyatda səhv yazıb. 3 dəfə *0010 zəng etmişəm və 0.66 AZN pulum hedib və hələ də kartım bərpa olmayıb! Milliönə də yaxınlaşıb bərpa vururam, yenə əməliyyatda səhv yazır. İşçiləriniz yola verirlər! Nədən? Niyə sizin sistem səhifinizə görə məndən danışığa görə pul çıxmalıdır? Rəyim 0

  • AP
    Aysel P. 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. 1 Avqust tarıxınde 650 AZN million vasitesi ile Yapıkredi Banka kocurme etmişem. 5 avqust tarıxıdır ve mebleg hele de hesaba köçmeyib. Eyni zamanda menim her güne göre kreditime gecikme gelir. Emekdashlar her defe bildirir ki, 24 saat erzinde köçecek texniki problem var. Ve yene de köçmür. Bu texniki problemlerden mene her hansı aidiyyatı var sizce? Kredit faızlerımı kim qarşılayacaq? Zehmet olmasa gün erzinde mebleğını köçürün.

  • S
    Seymur 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam Yeni 10 manatlıq əskinas 1 ildən artıqdır dövriyyədədir. Ama sizin terminallar tanımır. İşləyə bilirsiz işləyin, işləyə bilmirsiz gedin işləyən gəlsin.

  • Ü
    Ülviyye 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam milliondan kontur yüklemey üçün isdifade etdik reqem sefliyi oldu 6 azn kontur başqa nömreye getdi onu nece berpa edek? Zeng vutdum çağrı merkezine xanım dedi millin saytından erize yazmalısız. Axdardım tapa bilmedim erize bölmesin nece edim?

Bələdçi.az saytının MilliÖN şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

MilliÖN Baku reyler, million haqqinda reyler, MilliÖN shikayet, million reyler, MilliÖN kampaniyalar, MilliÖN sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
MilliÖN barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq