Oba Market haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Oba Market haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Oba Market barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (82)
-
Qara Qarayev ərazisində yerləşən Qarayev 9 mağazasında 06.03.2026 tarixində Tamdad toyuğu buzlu almışam, vaxtı 18.02.2026 tarixində bitmiş çıxıb. Xahiş edirəm buna tədbir görülsün, zəhərlənmə halı baş verə bilərdi.
-
Əlimdə az məhsul olmasına baxmayaraq, mənim sırama bir neçə dəfə kəsdilər, amma kassir heç nə demədi. 20 manata xırda olmadığını dedilər, 3 mağaza gəzdım ki xırda tapam, kassanı açanda içi xırda ilə dolu idi.
-
Salam, yazıb bildirmək istəyirəm ki Şağanda Oba 7 bağlansın, xarab mallar, nəzarətsiz dükan, bu rəyimi nəzərə alıb cəza verərsiniz, yəqin.
-
Salam, Samux rayonu, Zazalı kəndindəki Oba Market filialında gecə saat ~23:00-da əməkdaş məni kobud şəkildə qarşıladı. İşçinin adını bilmirəm, amma davranışı çox hörmətsiz idi. Həmin o sözü gedən mağazanızın daimi müştərisiyəm, mən gündə ən azı 50-60 AZN alış-veriş edirəm. Xanım olduğu üçün əməkdaşa bir söz demədim. Dedim sizə rəsmi müraciət edim. İndi sizdən sonra da lazımlı yerlərə irad və şikayətimi bildirəcəyəm. Zəhmət olmasa arada işçilərinizə müştəri ilə davranış, danışıq qaydalarını tələb edin, öyrədin. Müştəri mağazaya alış-veriş etməyə gəlir, mağazanı təmizləməyə deyil. Gecə saat 23:00 idi. Xanım satıcı.
Ardını oxu... -
1 aydı işdən çıxmağa ərizə yazmışam, nə işdən çıxarıblar, nə də ki, 1 ayımın maaşı qalıb, orda vermirlər
-
Salam, sizdən çox xahiş edirəm. Xırdalandakı Abşeron City-dəki Oba Market ilə bağlı tədbir görəsiniz. Gedirəm, məhsul almağa, qiymətdə yazır 49 qəpik, kassaya vururlar, çıxır 90 qəpik. Sonra da əsəbləşirlər ki, məni məcbur edirlər ki, mən o məhsulu alım. Deyirəm pul yoxdur, hələ dirəşiblər ki, alın, zəhmət olmasa tədbir görün sabahdan ya bu gündən. Xahiş edirəm, nə də çek verirlər ki, nəsə problem olanda qaytaraq. Çox özbaşınalıqdır bu obada.
-
Salam. OBA hesabım köhnə Azərcell nömrəmə bağlı idi, nömrə artıq deaktivdir. Hesabımda 4.50 AZN balans var. Xahiş edirəm, hesabın yeni telefon nömrəmə köçürülməsinə kömək edəsiniz.
-
Salam, mən sizdən yazıb xahiş edirəm. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən (Bakıxanov 21) mağazasının müdiri işçilərə qarşı çox kobud rəftar edir. Artıq hərəkətlər edir, "mənim mağazam, mənim mağazam" deyərək "mən belə istəyirəm, belə olmalıdır" deyir. Mənim yoldaşım həmin adı gedən obada satıcı vəzifəsində çalışır. Mən sizə arqumentlər və faktlarda göstərə bilərəm. Bu xanım bütün yolsuzluqlara yol verir. Özünün işdə olduğu kimi iş rejimi yaradır; əgər yoxlamaq istəsəniz, öz daxili kamera vasitəsilə hər şeyi açıq-aydın görə bilərsiniz. Xanım özü işdə tapılmır, amma işçiləri xüsusi idarə etməyə təşviq edir. Mən sizdən xahiş edirəm ki, özünüz ölçü götürəsiniz; əks halda mən sakinlərdən ərizə toplayıb həmin xanımın işdən azad olmasını tələb edəcəyəm. Və bu ərizənin bir nüsxəsini prezident aparatına yönləndirəcəyəm. Məlumdur ki, prezident cənab İlham Əliyevin sərəncamına görə vaxtından artıq işçi işlətmək, işçini lüzumsuz yerə sıxboğaz etmək cinayət xarakteri daşıyır. Bu mənim sizdən birinci xahişimdir.
Ardını oxu... -
Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 mərtəbə adlandırılan ərazidə OBA Marketin filiallarından birində alış-veriş etdim. Kassada olan xanım məhsulu salafan paketə qoya bilmərəm, dedi. Səbəb olaraq salafan paketlərinin digər məhsullar üçün nəzərdə tutulduğunu bildirdi. Bu barədə tədbir görməyinizi xahiş edirəm.
-
Salam, mən Qazax rayonundan yazıram. Mən Oba mağazalarına Sivi vermişəm. İş üçün iş yeri olsa da Sivi verilir, mənə 'işçi yoxdur' deyirlər. Gedib maraqlanıram: hər müdiriyyət öz tanışını, öz qohumunu götürür. Bu nə dərəcədə doğrudur? Bəs Sivi nə üçün veririk, əgər öz qohum-tanışını götürürlərsə?
Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Oba Market Baku reyler, oba-market haqqinda reyler, Oba Market shikayet, oba-market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan
Bakıda
