Oba Market haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Oba Market haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Oba Market barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (82)
-
Binə Atçılıq orta yolda (Oba 38) kassir xanım müştərilərə “proqram keşbek vermir” deyərək keşbeki özünə vurur. Bu nə dərəcədə düzgündür? Xahiş edirəm, məsələ araşdırılsın.
-
Salam. Bu artıq ikinci dəfədir: çek yoxdur deyirlər. Niyə çekləri vaxtında dəyişmirlər, anlamıram. Sabunçuda (xəstəxana yolu tərəfi) yeni açılan Oba filialında belə problem var. Xahiş edirəm tədbir görülsün, xalqa düzgün xidmət etsinlər.
-
Sabirabad rayon Ətcələr kəndində yerləşən OBA marketdə kassir tərəfindən şərait nəticəsində mütəmadi söyüş söyür. Ailəmizlə gömrük marketə. Kassir adı: Ərəstun. Kodu: 29********-68029
-
Salam, şikayətim Neftçala rayonu M. Əsədov küçəsindəki Oba marketinədir. Dəfələrlə bu mağazada alış-veriş zamanı işçilər, administratorun özü də olmaqla, kəşbək bonuslarını öz adına açılmış Oba Plus kartına yükləyiblər. Sizdən tələb edirəm ki, bu barədə tədbir görəsiniz!
-
Salam. Saray 2 saylı məktəbin yanında olan Oba Marketdən şikayətçiyəm. Nə vaxt gedirsən, baxan olmur. Bu gün pişik üçün yemək soruşdum; xanım içəridə telefonla məşğul idi. Yaxınlaşması üçün 5 dəfə fırlanıb tapa bilmədim — xanım yaxınlaşmadı. Özüm tapıb kassaya yaxınlaşdım, gəldi. İradımı bildirdim, çox sayğısız yanaşdı, mənə qulaq belə asmadı. Bununla bağlı tədbir görülməsini xahiş edirəm. Sağ olun.
-
Salam. Siyəzən rayonu H. Talıbov qəsəbəsində yerləşən OBA marketin əməkdaşları və rəhbərindən şikayətim. Hər alış-verişdə xırda qəpiklər qalır ki, onu nə işçilər qaytarır, nə də biz tələb edirik. Dəfələrlə olub, bu hal (1_2_3_4_5_6_7) qəpiklər qalır, etiraz etmədən tələb etmirik. Bir ailə olaraq bütün bazarlığı həmin OBA marketdən edirik. Dünən 0.20₼ qalıq qaldığı üçün mənə batareyanı vermirdilər. Rəhbər xanıma deyildi, o da minnətlə dedi verin, gətirib verər. Elə bil 0.20₼-a acıqıq. Hətta orada bildirdim ki, yaxın yaşayırıq, hər dəfə bazarlığa bura gəlirəm, gecdir, axşamdır, səhərə keçib verərəm; minnətlə xanım dedi verin. Niyə bəs bizim qalan qəpiklər nəzərə alınmır, verilmir? Nə səbəbdən böyük bir puldan getmir söhbət, amma təsir edir. Köhnə kollektiv yenisi ilə əvəz olunsa da, içi, rəhbər qarışıqdır, hələ də yaxşı deyillər. Xahiş edirəm, belə hərəkət insanlarda aqressiya yaradır, işçiləri lazım olan qədər kurslara dəvət edin, maarifləndirmə aparın.
Ardını oxu... -
Salam. Neftçala OBA16-də dəfələrlə nağdsız alış-veriş etdiyim halda satıcı/kassir kassada nağd hesablayır və çeki elə çıxardır. Xahiş edirəm bu barədə tədbir görəsiniz, əks halda şikayətimi başqa yerlərə edəcəm
-
Salam, Bərdə şəhərində Yavər İnşaatla üzbəüz olan Oba Market şəbəkəsindən alış-veriş etdim; qəbzdə 7.04 olmasına baxmayaraq kartla ödəniş etdim və fikir vermədim, marketdən çıxdıqdan sonra isə kartıma və qəbzə baxanda 7.25 vurulmuşdu, xahiş edirəm nəzərə alasınız.
-
Salam. Səhərdə İsmayıl Qutqaşınlı küçəsində Altes Plazanın arxasındakı Oba Marketdə dəfələrlə artıq eyni şey baş verir: kassir sevgilisi ilə danışa-danışa ağzına gələnləri vurur. Xahiş edirəm, tədbir görün, yoxsa artıq işçilərin dəyişməsi üçün yuxarılara zəng edəcəyəm.
-
Oba 20-yə müştəri gəlmişəm, xaraba xanaya döndəriblər, mağaza bağlansın ya da işçiləri dəyişdirin
Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Oba Market Baku reyler, oba-market haqqinda reyler, Oba Market shikayet, oba-market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan
Bakıda
