Rahat Supermarket haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Rahat Supermarket haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Rahat Supermarket barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (11)
-
Mən Ülvi 09.04.2026-cı il tarixdə saat təxminən 18:30 radələrində Qala Rahat marketinə daxil oldum. Mən popket məhsulunu endirimdə görüb 7 ədədi alıb kassaya yaxınlaşdım. Kassir tərəfindən deyildi, məbləğin təxminən nə qədər olduğunu bilmədim; dedim ki, kassir xanım, zəhmət olmasa, təzədən hesablayın, dedi ki bir ədədi 1.05 qəpikdir. Mən məhsulu 0.49 qəpiyə gördüyümü kassirə dedim. Mən dərhal yenə məhsulun olduğu stendə yaxınlaşdım, gördüm eyni qiymətdi 0.49 qəpikdi. Mən bu barədə işçiyə dedim ki, zəhmət olmasa rəhbər şəxslərdən birini mənimlə görüşdürəsiniz. Və dərhal müdür müavini Orxan müəllim gəldi və dedi ki, nə problem var. Mən problemi başa saldım, belə bir iş var. Hətta mən düzgün olmağıma baxmayaraq səhv çıxartmağı bir kənara, hətta kassada məhsullarımı yerinə qaytarmışdılar. Mən bu barədə məlumat verdim, niyə belə edirsiniz deyə soruşdum. Hətta orada bir xanım işçi mənimlə kobud danışdı. Mən yenidən o məhsulu almağa geri qayıtdım, məhsulu başqa yerə qoyub qarşısına 1.05 qəpik qoyulmuşdu. Sizdən artıq dərəcə xahiş edirəm ki, bu barədə ölçü görəsiniz.
Ardını oxu... -
Salam. 07.04.2026 tarixində Binə Atçılıq Rahat Marketə ailəmlə alış-veriş etməyə girmişdik. Orada ağ sarıqlı bir xanım işçi ilə çox kobud rəftar edirdi (yəqin ki, müdir və ya müavin). Bu davranış həm işçini incidirdi, həm də müştərilərin yanında nüfuzunu aşağı salır. Xahiş edirəm, bu məsələyə nəzarət edilsin.
-
Mən, Qəribova Türkan. 28.02.2026 tarixində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, məscidin yanında yerləşən mağazada 81 AZN məbləğində alış-veriş etmişəm. Alış-verişdən sonra kassir olmayan, qısa qara saçlı bir xanım hamının yanında övladımın əlavə məhsul götürərək cibinə qoyduğunu bildirmişdir. Halbuki mağazanın müşahidə kameralarında aydın görünür ki, uşaq əlindəki məhsulu yerinə geri qaytardıqdan sonra elini cibinə qoyub. Mən dərhal uşağın cibini açaraq göstərmişəm və heç bir məhsulun olmadığı sübut olunmuşdur. Buna baxmayaraq, əsassız ittiham səbəbindən həm mən, həm də övladım digər müştərilərin yanında narahat və nüfuzdan salınmış vəziyyətdə qalmışıq. Bu cür münasibət alıcı hüquqlarına uyğun deyil və bizi mənəvi baxımdan narahat etmişdir. Hadisə ilə bağlı araşdırma aparılmasını, kamera görüntülərinə baxılmasını və məsələyə obyektiv qiymət verilməsini xahiş edirəm. Bu hadisədən sonra həmin mağazada özümü rahat hiss etmirəm və gələcəkdə oradan alış-veriş etməyi düşünmürəm.
Ardını oxu... -
Binə Sovxozda məscidin yanındakı Rahat marketdə son istifadə müddəti keçmiş məhsulların satışı, kassada xırda pul problemi, işçilərin və əsasən kassir qızların kobudluğu, 'xırda yoxdur, buradan alma' demələri və uyğunsuz söhbətlər edirlər, bilmirsən marketə gedirsən yoxsa qızların uyğunsuz danışığını eşitməyə.
-
Azərbaycan prospektində özbaşınalıqdır! Holland pendir köhnə ola-ola malı dəyişmədilər və müştəriyə təzyiq göstərirlər.
-
Salam, Binəqədi 107 filialı rahat marketdə çox özbaşınalıqdır. Bilinmir, satıcı kimdir, müavin kimdir. Südlük və meyvədən çox razıyam, düzdür, meyvədə çox bahalıq var, amma yenə də satıcılar gülərüzdür və müştəriyə xidmət edir. Şirniyyat şöbəsində hər şey qarışıqdır, müştəri əlində konfet aşağı yuxarı gəzir ki, qiymət vursunlar. Danisiq qabiliyyətləri yoxdur. Kassirlər yaxşıdır, mən özüm daimi müştəriyəm, təəssüf ki, ürək açan yer deyil.
-
Salam Binəqədi filialında (sentalnı gedən yol) işçilər çox məsuliyyətsizdir, kassirlər yox, sadəcə satıcılar çox hörmətsiz danışığın bilməyən. Məhsul axtarırkən işçi telefonla oynayır, oteldə deyirəm məhsulun yerin göstərin, get ordadı da, get özün tap gör var, yoxdusa qalmayıb. İnsan kiminsə işinə mane olmaq istəmir, sadəcə danışıq tərzi istər-istəməməz adama təsir edir.
-
Salam. Yoldaşım 2 gün əvvəl Nəsimi rayonunda yerləşən Rahat Gourmet-dən (pendir Krinka Rossiyskiy) və Çantəpə kəsmik alıb. Hər ikisi istifadəyə yararsızdır. Holland pendirinin üzərində kiflər var, kəsmik isə turşuyub, amma son istifadə tarixi 16.05.25-dir. Bu gün səhər yeməyinə açıb gördüm. Mən körpəylə olduğuma görə gəlib qaytara bilmirəm və bir də çeki atmışıq, amma ƏDV bölməsində var.
-
Salam, varovskidə yerləşən rahat marketə zemlanskaya yağ almaq üçün getmişdim, əvvəla qastronom şöbəsndə bəlkə 5 dəqiqə satıcı axtamışam, antisanitariya baş alıb gedir, baxan yox, biyabırçılıqdır.
-
Salam Rahat market ailəsi. Sizin Bayıl qəsəbəsi, Şəfəq küçəsində yerləşən Rahat marketin işçiləri çox məsuliyyətsizdir və müştərilərlə danışıq qabiliyyətləri yoxdur. Buna bir tədbir görülsə, gözəl olar. Hörmətlə.
Bələdçi.az saytının Rahat Supermarket şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Rahat Supermarket Baku reyler, rahat-supermarket haqqinda reyler, Rahat Supermarket shikayet, rahat-supermarket reyler, Rahat Supermarket kampaniyalar, Rahat Supermarket sikayet, unvan
Bakıda
