App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Rahat Supermarket haqqında rəy

3 ay əvvəl

T
Türkan yazır:
★
★
★
★
★

Mən, Qəribova Türkan. 28.02.2026 tarixində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, məscidin yanında yerləşən mağazada 81 AZN məbləğində alış-veriş etmişəm. Alış-verişdən sonra kassir olmayan, qısa qara saçlı bir xanım hamının yanında övladımın əlavə məhsul götürərək cibinə qoyduğunu bildirmişdir. Halbuki mağazanın müşahidə kameralarında aydın görünür ki, uşaq əlindəki məhsulu yerinə geri qaytardıqdan sonra elini cibinə qoyub. Mən dərhal uşağın cibini açaraq göstərmişəm və heç bir məhsulun olmadığı sübut olunmuşdur. Buna baxmayaraq, əsassız ittiham səbəbindən həm mən, həm də övladım digər müştərilərin yanında narahat və nüfuzdan salınmış vəziyyətdə qalmışıq. Bu cür münasibət alıcı hüquqlarına uyğun deyil və bizi mənəvi baxımdan narahat etmişdir. Hadisə ilə bağlı araşdırma aparılmasını, kamera görüntülərinə baxılmasını və məsələyə obyektiv qiymət verilməsini xahiş edirəm. Bu hadisədən sonra həmin mağazada özümü rahat hiss etmirəm və gələcəkdə oradan alış-veriş etməyi düşünmürəm.

Rahat Supermarket haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!