Yango haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Yango haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Yango barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (43)
-
Saat 23:30 radələrinə Ay işığı şadlıq sarayından Mehdiabad ticarət mərkəzinə taksi sifariş verdim. Taksi dedi qabaqdayam, getdik, yox idi orada. Ancaq 8.50 qəpik kartdan pul çıxıldı. Sürücü Akbar yazılmışdı. Bir necə fırıldaqdır, başa düşə bilmirəm. Nəyə görə getmədiyim üçün 8.50 qəpik çıxıldı?
-
Az öncə Babək prospektindən Ağa Neymətulla 40 ünvanına taksi sifariş etdim. Sifarişdə 2.50 AZN göstərilirdi. Sürücü məni yolda yarımçıq düşürdü və 5 AZN verdim; "xırdam yoxdur" dedi. Xahiş edirəm, bununla bağlı tədbir görülsün.
-
77 UZ 968 Şahid adlı ağzının danışığını bilməyən sürücü. Ağzı isti yerdədir, telefonunu da açmır. Allaha tapşırıram...
-
Salam. Şikayət yazmaq istəyirəm bu sürücüyə. Dadaşov Dimitriy Adil. Maşın nömrəsi: 77LF391. Çox kobud danışdı, aqressiv idi, nəlayiq sözlər deyirdi. Kartla ödəniş etmək istədim, başladı üstümə aqressiv qışqırmağa, deyirdi mənim kartım yoxdur; o, sizin probleminizdir ki sizdə nağd yoxdur. Çox xahiş edirəm, nəzərə alıb tədbir görün. Əgər heç bir tədbir görülməsə, sizin şirkətinizi məhkəməyə verəcəyəm!
-
90YH542 ağ Chevrolet Cobalt markalı avtomobilin sürücüsü səhv ünvana aparıb və artıq gəlir. Bakı şəhərində gəzdirib, Xırdalanın Qara Qarayev 59 küçəsinə zakaz vermişəm və ordan da Babəkə gəlib, yolun ortasında deyir: 'düş maşına, mən gedəmirəm.' İşçi götürəndə baxmırsınız. İşçiyə, işçinizin nömrəsi 0555***696. Tədbir görülsün
-
Bugün 3-4 saat əvvəl, sonu 157 ilə bitən ağ rəngdə Şevrolet markalı maşına 2 uşağımla bərabər əyləşdim. Sürücünün demək olar ki, 70-dən çox yaşı var. Bütün yol boyunca eşitmədiyimiz təhqir və qeyri-etik ifadə qalmadı. Yola ümumiyyətlə diqqət etmirdi. 4 dəfə qəza şəraitindən sağ qurtulduq. Ən son artıq dözə bilmədiyimdə sağda saxlamasını istədim və şikayət edəcəyimi bildirdim. Elə dedikdən sonra mənə və uşaqlarıma da təhqirlər etməyə başladı və maşının sürətini daha da artırdı. Ən son çarə polisə zəng edəcəyimi deyib, gedəcəyim ünvandan 1 km uzaqlıqda uşaqlarımla bərabər maşından düşə bildim. Ayağımızı maşından çölə atanda maşını sürdü, az qalsın 4 yaşlı körpəm maşının təkərinə qalacaqdı. Nə qədər bağırsam da maşını dayandırmadı. Maşının tam nömrəsini xatırlamıram, çünki sifarişi tanımadığım bir nəfərdən nağd şəkildə sifariş etməsini istədim. Lakin telefon nömrəsi hələ də durur: +9945524XXX07. Mən şikayətimi lazımi qurumlara etdim. Sizdən də bir cavab gözləyirəm. Nə üçün belə yaşlı insanları işləməyə, insanların həyatları ilə və əsəbləri ilə oynamağa icazə verirsiniz? Mən bu insanı bir daha heç bir taksi şirkətində görməyəcəyimə əmin olana qədər bu məsələni dayandırmayacağam və ictimailəşdirəcəyəm.
-
Mən Yango taksisinə müraciət etdim, 77 VT 380 nömrəli taksi gəldi, qeyri-adekvat sürücü idi, özünü heç yaşına uyğun apara bilmirdi, axırda da mənzilə çatmamış qəza törətdi və mən məcbur oldum özüm evə getdim. Yango məsləhət görmürəm, nə komfort, nə də normal sürücüləri yoxdur!
-
Avtomobillərdə siqaret çəkilir, xidmət 0 səviyyəsində, komfort isə ekonomdan da bərbad gündədir! 2 sifariş və kart görəndə elə bil sürücü düşmən görür.
-
Taksi ünvanından kənar saxlayıb, 'gözlə məni' deyir. Oturursan maşına, deyir: 'Karta ata bilərsən, daha sonra deyir az yazıb qiymətlə razı deyiləm.' Nə badə, siz imtina edərsiniz, sizdən pul çıxacaq. Qoy özü imtina vursun.
-
Заказала сегодня такси, а оно не приехало. При этом водитель сделал пометку, что якобы меня забрал и везет по адресу. Его номер я не смогла найти через приложение, так как после отметки, что пассажир якобы в машине, приложение номер уже не показывает. Написала в службу поддержки, они стали утверждать, что по моему номеру вовсе не было заказов, а после двух моих сообщений служба поддержки Янго меня просто игнорирует.
Bələdçi.az saytının Yango şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Yango Baku reyler, yango haqqinda reyler, Yango shikayet, yango reyler, Yango kampaniyalar, Yango sikayet, unvan
Bakıda

Farida cavablayır: 2 ay əvvəl
Halal olsun size! Eyni sheh men yashamisham