Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Ustalar
- Xaricdə təhsil
- İdman zalları
- Publar
- Ev üçün hər şey
- Quru təmizləmə
- Uşaq mağazaları
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Maqazindən səhər aldığım çörək köhnə imiş. Fikir verməmişəm, günorta yemək üçün açdığımda köhnə olduğunu gördüm və geri qaytazdırdım. Qaytardım, amma axşam limon almaq üçün gələndə maqazində müdürün sağ qolu bizə kobud davrandı və bizə 3 günün çörəyini gətirmisən ona görə köhnədi dedi və biz nə qədər desəkki bu çörəki bu gün almlşam inanmadılar hətta çekidə vermişdim cahillikdi !! Hətta 1 meyvə belə təzə deyil hər zaman köhnə meyvələr var, marketə baxım yoxdu natəmiz mağazalardı!!
-
Еда уже около 20 минут катается в сумке у доставщика и таймер то пишет 4 минут, то 8, хотя там и пишет, что он доставляет другие заказы. Почему нельзя брать на себя один заказ и доставить его раз уж не успеваете?
Tərcümə et
-
Çox ela provayderdi. Cox guclu sureti var. En guclu provayder.
-
Salam. Sizin magazadan kompensasiya ve tezminat alacam, uje neçenci defedir yaşanır: siz bir cox magazada endirim adı ile camaatı aldadırsız, mehsulun eyni qiymeti ile endirimli qiymeti eyni olur, cox vaxt yaşanır bu. Zehmet olmasa baxasınız
-
Salam menim sikayetim Montin Memmed Arif kucesinde yerlesen Al Marketdendi. Usagi magazaya gondermisem ve orda oturan mudur xanim olub kassada ve usaga ceki vermiyib hetta pulu sehv cixib. Ve usaga yalancisan deyib. Men usagida goturub getdim dukana mene hele bozarir ve meni tehqir edir. Ve bununda qarsiligin aldi cavabnan. Menim indi sikayetim xanimin duzgun isdememeyi ve EDV cekinin musderilere vermemesidi. Kameradanda acib baxin mene el qaldirdi. Bu meseleye baxilmasa, aidiyyati qurumlara uz tutacam. O xanim ordan cixarilsin.
-
Texiniki xidmət, personal mənfidən də aşağıdı, bir adam tapmırsan ki sözüvü deyesen və ya texniki dəstək versinlər!
-
"Megalink" şirkəti sözün əsl mənasında qanuni oğrudur. Leqal yolla cibimizə girirlər. Mən belə həyasızcasına xidmət göstərən ikinci bir qurum, şirkət görməmişəm. Günün istənilən saatı şəbəkə zəifləyə və ya təmiz dayana bilir. 2 aydı operatorla danışa bilmirəm. Dərdimizi kimə deyək?!
-
Cox berbad. Zeng eleyirsen goturmurler, ya yola verirler, yada otboy verirler. Mesuliyyetsiz. Hec kime meslehet gormurem. Camaati dolamisiniz pulu alib gedirsiniz, internet pis ishleyir, bu nedi
-
Tez-tez xarab olur işləmir. Xətt ustası yekə yekə danışandı. Heç kimi saymır. Bir sözlə bir qəpiklik provayderdi.
-
Пицца вкусная, но половина пиццы без начинки, просто хлеб 😞 Так нельзя экономить! Дети края не едят и, в результате, не наедаются
Tərcümə et
-
Salam menim Leobank hesabim öz özünə bloklanib. Leobanka zəng eliyirəm, mənə deyirlər şifrəni yanlış daxil elemisiz ona görə, amma ki mən bu gün ərzində hansısa bankalardan və ya başqa bir yolla sifreni yanlış daxil eləməmişəm. Indide Leobanka zəng eliyirəm mənə başqa nömrə veriller. Ona yazıram, zəng eliyirəm heç kəs baxmır və cavabda vermir. *7773 zəng elədim mənə 055*****44 bu nömrəni verdilər. Bunun whatcapina yazdım zəng elədim heç kəs cavab vermədi. Indide siz deyə bilərsiz, bəlkə müştəri çoxdu diye cavab verə bilməyiblər. Ama 2-3 saat ərzində yəqin mənim mesajımı yada zəngini görüblər. Cavabda verə bilərdilər. Ama eləmədilər.
Ardını oxu... -
Cox biyairciliq elebil buranin yiyesi yoxdu ne qeder zeng edirsen, acan yoxdu. Heckim cekdirmesin bunu, en azindan corek yiyendede halal yiyesen gerek
-
Kömək etmək barədə etdiyiniz müraciətlər əbəsdir. Nə yazdıqları nömrəyə, nə votsap məlumatlarına cavab vermirlər.
-
Bir neçə mağazasında olmuşam. Qiymətlər nisbətən yuxarıdir, amma seçim çoxdur, keyfiyyət də öz yerində. Xoşrəftar işçilərə də minnətdarlığımı bildirirəm.
-
Çox bərbad kuryerin müştəri ilə danışıq qabiliyyəti çox aşağı səviyyədədir. 1 saatdır sifarişim gəlib çatmayıb zəng vururam kuryer telefonu açmır açanda da "səbrli olda" deyib üzümə telefonu söndürür xahiş edirəm həmin kuryer barəsində tədbir görün Elvin adında kuryerdir 055*****87 nömrəsi ilə qeydiyyatdadır
-
22:47-də sifarişim üçün kuryer təyin olunub 23:36-di hələ kuryer hərəkət etmir
-
Cox pis sirketdi, bir heftedi kabel qirilib, sikayetime baxan yoxdu
-
Menim wolt hesabımda 900 manat var hesabımı blok edibler, sifariş vere bilmirem, kömeklik de göstermirler, xaiş edirem kömek edin!
-
Aylıq qrafik üzrə 78 manat artıq hesablanıb
-
Mən Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 67 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayıram. Yazıb Sizə bildirirəm ki, həmin ünvana 30.06.2022-ci il tarixdə Hacıqabul şəhərində yerləşən Aztelekoma ümumilikdə 43 manat nəğd pul ödəyərək *** telefon nömrəsini öz adıma rəsmiləşdirmişəm. Ödədiyim pulun qəbzi mənə təqdim edilmədi. Oradan mənə bildirildi ki, telefon xətti 5 gün müddətinə ünvana çəkiləcək. Lakin sonradan bildirildi ki, Aztelekomun balansında rabitə xəttini çəkmək üçün naqil yoxdur və həmin naqili mənim almağımı bildirdilər. Mən də imzaladığım müqaviləyə əsaslanaraq naqilin mənim tərəfimdən yox Aztelekom tərəfindən verilməli olduğunu onlara bildirdim. Lakin buna baxmayaraq 20 gündür ki, nə mənim ünvanıma telefon xətti çəkilib nədə Aztelekom tərəfindən bir məlumat verilib. Dəfələrlə Aztelekomun Hacıqabul filialının binasına yaxınlaşaraq Asif müəllimlə görüşmək istədiyimi bildirmişəm. Lakin qapıda duran mühafizəçilər Asif müəllimin işdə olmadığını bildiriblər. Sizdən artıq dərəcədə xahiş edirəm ki, qısa müddət ərzində bu məsələyə aydınlıq gətirilsin və tez bir zamanda ünvanıma telefon xətti çəkilsin. Çünki məndən qeyd olunan nömrə üçün telefon xətti çəkilməmiş əvvəlcədən aylıq ödəniş haqqıda alınıb və həmin ay artıq bitmək üzrədir. Bir daha xahiş edirəm ki, müraciətimə ciddi yanaşılsın əks təqdirdə dahada yuxarı orqanlara müraciət etmək məcbiriyyətində qalacam. Öncədən öz minnətdarlığımı bildirirəm.
Ardını oxu... -
Neinki berbad heyif verdiyim pula ... Bu pul kime gedirse burnennan gelecey .. cahilsiniz hec olmaya haqqin qiymetinide ... Ferqi yoxdu men neynirem ne isle mesgulam insanamda ...
-
Salam. Şikayətim Leobankın diqqətsiz operatorlarınadı. Mən mart ayında leo kart almışam içində 1000 AZN kreditlə. Krediti xərcləmişdim və neçə gün olar ki krediti tam faizlərlə bağlı bağladım. Yani mənim banka heçbir borcum yoxdu. Amma yenə bugun yazıblar ki ayın axırına kimi 14 AZN karta yukləməliyəm. Bu gic gic səhvlər nə vaxt bitəcək?
-
Salam. Artıq 40 gündür ki, Leobank hesabından 350 manat məbləğində köçürmə etmişəm və pul hesabdan çıxmasına baxmayaraq təyinat hesaba çatmayıb. Dərhal da zəng vurub məlumat vermişəm və guya sorğu açıblar və mənə də bir kod göndəriblər. Hər dəfə zəng vururam və operatorlar gah 3-60 gün, gah da 30-60 günə problem həll olunacaq deyirlər, qurtardı getdi. Nə deməyimdən də asılı olmayaraq, eyni cavabı verirlər. Daha bir ətraflı cavab almağa çalışanda isə eyni cavabı artıq daha yüksək tonla deməyə başlayırlar ki, yəni "əl çək məndən". İndi 3 məsələ var: 1- bu nə yaman qəliz məsələdir ki, 60 günə qədər bunun üçün vaxt lazım olsun? 60 günə əlimdə pul ilə gəzə gəzə getsəm, dünyanın hər yerinə gedib çıxmışdım bəlkə də; 2- hansısa bir period təyin olunanda, o periodun elə ilk günlərində də həll ola bilər məsələ və əksər halda heç olmasa, ortasında həll olunmalıdı. Amma siz 3-60 demisinizsə, elə məhz 60-ci gün niyə həll olmalıdırki ? 3- və ən əsası, hər şeyə texnikadı olur deyirsiz, bircə dəfə də ele olsun ki, ödəniş getsin, amma səhvən pul balansda qalsında. Niyə həmişə bu texniki səhv bizə ziyan tərəfə olmalıdır axı. Bir dəfə də sizə ziyan olsun və elə 60 gün o 350 manat məndə qalsın, sonra verimde sizə, olmaz??? Bir xeyri olmayacığını bilirəm, amma yenə də yazdım da :)
Ardını oxu... -
Internet çox zəifdi, gostərilən xidmət səviyyəsi 0
-
Biz Abşeron rayonu Məmmədli dairəsi Göy Qurşağı MTK binasında yaşayan sakinlərin əksəriyyəti bu provayderin xidmətindən yaralanırıq. Amma bir provayder kimi öz abonentlərinin şikayət və təkliflərini nəinki yerinə yetirir, hətta qulaq asmaq belə istəmir. Sürət və keyfiyyət çox aşağı səviyyədədir, pandemiya və postpandemiya dövründə hər bir əməliyyatın onlayn həyata keçirildiyi halda internet şəbəkəsində günlərlə fasilələr olub. Bunu yazmaqda bu provayder rəhbərliyindən öz abonentləri qarşısında məsuliyyətinin artacağına ümid edərək bu çatışmazlıqları qeyd etdim.
Ardını oxu... -
Bu nə məsuliyyətsizlikdi, bu nə saymamazlıqdı 3 gündü Wifi işləmir. Şirkətə zəng edirsən bir ingilisi qoyublar ora biz adamla danışmaq isdiyirik robotla yox. Wifi zəif, xidmət onnanda bətər bərbad bu nə şirkətdi? Ayın 5 olan kimi səhər acılmamış inerneti bağlıyırsız. Bir az məsuliyyətli olun. Şirkəti işlədə bilmirsiz başı cıxan adama verin yada bağlıyın getsin. Biz hara şikayyət edək sizin əlinizdən?
-
Bayram günündə qazandığınız alqışlar size bəsdir. Bu qədər məsuliyyətsizlik səviyyənizi ortaya çıxarır. Siz işləmək istəmirsiniz, əhali şirkətinizi məcbur ayaqda tutur.
Ən çox şikayət olunan şirkətlər
-
"Salam, 99XQ231 Beyaz • BYD Destroyer 05. Taksi mesaj yazaraq qiyməti soruşduqdan sonra qiymət xoşuna gəlməyib, taksini atkaz etdi. Bu nə qədər düzgündür?"
Şirkətin səhifəsinə keç
— Ş.ə -
"Буквально час назад. Я каждый день обновляю ежедневный пакет интернета, стоимость 2 манат. Я, как всегда, загрузил, и ответ: у вас нет интернета, а деньги ушли. Я позвонил оператору, в ответ: что тут ..."
Şirkətin səhifəsinə keç
— Anonim -
"Salam, 3 gündür internet yoxdur, onlayn məşğələlərə qoşula bilmirik, zəng etmək üçün heç bir nömrə yoxdur, necə həll olunacaq bu problem?"
Şirkətin səhifəsinə keç
— Nüsrət -
"Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə..."
Şirkətin səhifəsinə keç
— Eldəniz
