Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Hədsiz dərəcədə çox aşağı səviyyəli xidmətdir.
-
Cavab yazmırsınızsa ümumən yazmayın, bu nə deməkdir ki, birinə yazırsınız, birinə yox, biz də işimizi bilək və nə yazaq, nə narahat qalaq!
-
Məhsulu vaxtından 4 gün sonra gətirirlər, qanımızı lap xarab elədilər, hirsimdən halımda pisləşdi, belə çatdırma olar? Bu nə servisdir? Ayıb olsun sizin bütün komandanıza!
-
Tam bərbad! Bu nə yaramaz servisdir, heç anlamaq olmur, ancaq vaxt itkisi! Sifarişi bir neçə dəfə etibarsız sayıb ləğv etmişlər ki, güya ünvan düz yazılmayıb, amma elə bir şey yoxdur, tam narazı və bir də bunlarla vaxt itirmək istəməzdim və heç kəsə məsləhət görməzdim!
-
Здравствуйте, я хотел бы пожаловаться на один из моих заказов в вашей службе доставки. В вечернее время я заказал через вашу службу доставки в грузинском ресторане Мамаджан еду на сумму 195.98 манат. Деньги были вычтены с моей банковской карты, и, подождав времени истечения приготовления по отслеживанию, предоставленному программой, думал, что мой заказ прибудет в считанные минуты, но курьер не был назначен. Вследствие этого я обратился в службу поддержки, предоставленную вашей компанией. В итоге после общения через чат больше часа с вашим сотрудником мне не только ничего не принесли, но и написали, чтобы я сам забрал свой заказ как угодно, притом я еще заплатил дополнительную сумму за быструю доставку. А потом, после долгого обращения и возмущения с моей стороны, заблудивший курьер позвонил мне по телефону и сказал, что он не может найти мой указанный адрес. Потом опять в течение некоторого времени я сам с ним связываюсь и вижу, что курьер, можно сказать, у каждого человека спрашивает и делится моими данными в надежде найти меня. В общем, кино можно снять. В конечном счете мы нашли друг друга, но весь мой заказ был испорчен и не подлежал употреблению. Я вас очень прошу, возьмите на вооружение выше изложенное мною и разберитесь с ситуацией, ведь я не только не получил деньги обратно, но и весь вечер был испорчен, даже все гости были сильно возмущены, что как так можно.
Ardını oxu... -
2 gün Leo Bank dəstək xidməti və 7773 ilə əlaqə saxladım, Suraxanı rayonu Bülbülə qəsəbəsi 3 mədən ərazisinə kart çatdırılması edə bilmədilər. Dedilər ki, bizim çatdırılma ərazimizə daxil deyilsiniz. Bəs məndən daha uzaq nöqtələr olan Zirə, Qala, Türkan, Dübəndi, Pirallahı bu ərazilərə necə çatdırılır? Əgər çatdırılma xidməti varsa, Bakı və Sumqayıt daxilində hər hansı bəhanə gətirilməməlidir. Bu barədə ciddi addım atılmalıdır. Yaşadığım ünvana 4 km məsafəyə gətirə bilirlər, amma birbaşa ünvana çatdıra bilmirlər. Bu nə dərəcədə düzgündür? Siz olsanız, bu maili oxuyanda nə edərdiniz və Leo Bank haqqında nə düşünərdiniz? Bəlkə kimsə əlil arabasından tərpənə bilmir. Niyə ünvana çatdırılmır?
Ardını oxu... -
Salam, mən İrşaddan elektrikli sac almışdım. Aldıqdan 10 gün keçməmiş məhsulun qulpu düşdü, üzərinə qoyduğum stolu belə saraltmışdı. Çətinliklə aldığım filiala verdim ki, servisdə baxılsın, lakin qəbul etmirdilər ki, bu, bizlik deyil. 10 gün sonra mənə məlumat verildi ki, məhsul zəmanətlə təmir olunmayacaq, yenidən ödəniş etməlisiniz. Hara istəyirsiniz, şikayət edə bilərsiniz. Belə çıxır ki, İrşad sadəcə məhsulu satana kimidir; zəmanət talonu olduğu halda belə müştəriləri başından edir. Xahiş edirəm, məhsul zəmanətlə təmir olunsun və ya yenisi ilə əvəz edilsin. IRK375247 məhsulun kodudur, hazırda servisdədir. Əks halda bu məsələni ictimailəşdirməyə məcbur olacağam. Ümid edirəm, məsələ qısa zamanda öz həllini tapacaq, haqq-ədalət yerini tapacaq. Belə olmadığı müddətdə ödəniş etməyəcəyəm. Qabaqcadan təşəkkür edirəm. Hörmətlə, Sadiqi Sahilə.
Ardını oxu... -
Плохой сигнал
-
4 saatdır yazmışam, cavab verən yoxdur.
-
Bu gün sifariş verdim, kuryer sifarişimi çatdırmadı, sərt danışaraq səs tonunu yüksəldərək yuxarı çıxmaram, düş götür dedi, halbuki mən qeyd etmişəm, domofon yoxdur və giriş qapısı açıldığı halda sifarişimi gətirmədi, təhvil məntəqəsinə belə aparmayıb, aldığım məlumatlara görə, tətbiqdə belə şikayətimə baxmırlar.
-
Salam, Bir Kart sifariş verib alana kimi şəkil çək uşağnan, kart yazılan ünvanda verilmir, başqa ünvanda verilir. Bir sözlə çox peşman oldum.
-
Hal-hazırda Kontaktdayam. Gəncədə Abbas Səhətin yandaki filialda gözləyirəm, bir nəfər olsun yaxınlaşmır, gəlirik deyirlər, 10 dəqiqədir yaxınlaşıb köməklik göstərmirlər. Mən özüm 5 ildən çoxdur müştəriyəm, bu hərəkət bəyənilməzdir.
-
Sizin Əhmədli filialında kassir məsuliyyətsizdir. Çek vurub yaxınlaşdım. Məni gözlədir. İradımı bilfiirəm ki, qardaş, mən acam ki, gəlmişəm də bura, ofiasiantların gətirdiyi hesabı məndən qabağa niyə salırsan? Heç adamı vecinə almır. Çaevoya görə belə etməzlər. Yəqin kassirin də marağı var deyə ayaq üstə dayanan müştəri vecinə deyil kassirin.
-
Baku Electronics'in daimi müştərisiyəm. 08.04.2025 tarixində qatlanan telefon aldım. 1 illik zəmanətlə. Satıcı bəy mənə 1 illik zəmanətlə hər hansı problem olsa telefonda, yaxınlaşın biz təmir edib sizə verəcəyik. Yox əgər yararsız hala gələrsə (1 il ərzində) bu telefonun yenisini sizə verəcəyik dedi. Telefonu endirimlə 1500 manata aldıq. Oktyabr ayında problem oldu, telefonun ekranı dondu, işləmədi. Təmirə apardıq, bu artıq yararsızdır, sizə 55%lə geri ödəniş olacaq deyirlər. Bəs satıcınız bizə başqa şey dedi axı deyirəm. Deyir qızıl zəmanət lazımdı. Ola bilər satıcı yeni işçi imiş, tam məlumat verməyib. Ola bilər. Ən azından geri ödənişi edin xahiş edirəm. 1 aydır artıq. Geri dönüş etməyinizi xahiş və tələb edirəm.
Ardını oxu... -
Baku Electronikdə mallar keyfiyyətsiz, baha, özü də müştəriyə qarşı haqqsız və ədalərsiz davranırlar. Mağazanın fəaliyyəti sıfır. Müştəriyə həm maddi, həm də mənəvi ziyan vurulur.
-
Kiko Milano 28 Mall filialının staffına xüsusi təşəkkürlər! Həqiqətən də çox nəzakətli və yardımçı idilər.
-
Normalda belə şikayətlər yazan biri deyiləm, amma sizin Tarqovu filialı həqiqətən ağını çıxardıb. 2-ci mərtəbədə yarım saatdan çox ofisant gözlədim, heç kim gəlmədi və durdum çıxdım, mənimlə bir yerdə xarici vətəndaşlar da sifariş vermək istəyirdilər. "Baxardınız yuxarı" demələrinə rəğmən heç kim gəlmədi, onlarda çıxdı, getdi müştəri itirirsiniz, zəhmət olmasa Tarqovu filialı haqqında bir tədbir görün. Cinnabonu mən və ətrafım çox sevir, amma belə hallar görmək xoş deyil.
-
İnternet ya var, ya yoxdur. İşim internet vasitəsilə aparılır, əziyyət çəkirəm. İnternet yoxdur, məcburam mobil İnternet istifadə edim. 1177 musiqi çalırlar, cavab vermirlər. İşçilərilərin müştəri xidməti çox aşağı səviyyədədir.
-
Осталась недовольна. НДС не осуществил возрата денег, сотрудники банка ничем не помогли. Если могла поставила бы 0
-
Salam. Şikayətim Baku Electronics-in Bakıxanov filialından. Xidmət səviyyəsi 0 (sıfır). Müştərini aldadıb, 10 gün gözlədib, sonra malın itdiyini bəyan etmək nə dərəcədə düzdür? Üzrxaqlıq əvəzinə hələ müştərinin də borclu çıxarırlar. Pulu geri istəyəndə isə 3-5 gün ərzində köçəcəyi haqqında məlumat verirlər. Yəni sözün qısası PİS, PİS yenə də PİS.
-
Telefon almışam kreditə, məndən icazəsiz sənədə XL paket əlavə ediblər. Qiyməti də 80 AZN. Müraciət edirəm, heç baxan yoxdur, özüm telefon dükanında işləyirəm, buranın müştərisi olduğuma görə bunlardan götürdüm. Daha burdan heç nə alan deyiləm. Kreditor sənəd rəsmləşdirir, mənə bildirmir ki, paket istəyirsiniz, yoxsa yox, məndən icazəsiz sənə də əlavə edir. Sənədi vozvrat edib yenidən rəsmləşdirmirlər, halbuki bu mümkündür gedəcəm, indi Yasamal filialına müştərilərin yanında hoqqa çıxaracam, qoy hamı bilsin, siz kimsiniz.
-
Bu mağazanın hüquqları yoxdurmu? Nömrəsini vermədiyimiz tanımacağıq şəxslərə niyə zəng edilir? Nə bizm haqqımızda fikr bildirilir? Bura oyuncaq qutusudur ya baxılır şikayətlərə, kimə zəng edək, biz hara şikayət edək?
-
Men McDolans Hipermarket filialından dəfələrlə menu alıb gəlirəm, evə görürəm, nəyisə əksikdi, bir dəfə 4 ədəd cola əksik idi, sonra sous sonra fri. İndi aldım, gəldim, evə burger əksik, yaxın olsa, durub gedərdim, 10 AZN vermək istəmirəm taksiyə, artıq əsəbdən boğularam, nə qədər səhv olar?
-
15.10.2025 tarixində kartımdan internetə pul ödəmişəm, amma ödənilməyib. Leo banka müraciət elədim, 1 ay ərzində hesabınıza qayıdacaq. Artıq 1 aydır ki, heç nə yoxdur, ayıb olsun sizə. 20 AZN o qədər böyük məbləğ deyil, amma siz dilənçisiniz, yalançı o 20 manatı başıma hərləyirəm, gedin balanıza dərman alın.
-
Belə biyabırçılıq olmaz. Çox pis. Çox zəif. Ktv-dan imtina həddindəyəm!
-
Umico vaxtında hər şey çox əla idi. Amma bir market olan gündən çox pis olub. Çatdırılma xidmətində çox məsuliyyətsizlik var. Sifariş vaxtı vaxtında deyilən saatda hətta qeyd olunan gündə belə çatdırılmır. Əvvəl qaynar xəttə yığırdıq, indi onu belə götürüb cavab vermirlər, ara yerdə kontur çıxır. Hələ gua vp xidməti var, onu belə cavablandırmırlar. İşçilər bu qədər zəif və məsuliyyətsizdir.
-
2-3 gün tez çatdırılması üçün əlavə pul ödənilir, 166 3 iş günündə çeşidləyib məhsulu təhvil verə bilmirlər. Çox ləng işləyirlər. Narazıyam.
Ən çox şikayət olunan şirkətlər
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirkətin səhifəsinə keç
— Murad -
"Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за ..."
Şirkətin səhifəsinə keç
— [email protected] -
"Çox bərbad xidmət də, internet sürəti də. Boşuna pul ödənilir. Hər danışanda internet donur."
Şirkətin səhifəsinə keç
— Nura -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirkətin səhifəsinə keç
— Роман
