Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Kredit haqqında məlumat almaq istəyirəm, ancaq heç bir sualıma normal cavab verilmir. Müştərilərlə ünsiyyət bacarığı olan işçilər olsa, daha yaxşı olar.
-
Salam. 15.07.2025 tarixindən internetimiz kəsilib. Əlaqə saxlanılıb, dedilər ümumi problem var. İnternet düzəlməmiş, sorğumu araşdırmadan ləğv ediblər. Artıq 3-cü dəfə müraciət etdim. Ümumilikdə operatorun qəbuluna düşmək üçün ümumilikdə 14 AZN 25 qəpik danışmağa vəsait sərf etmişəm. Artıq 36 saatdır ki, internetimiz də yoxdur. Nə vaxt bərpa ediləcəyi də məlum deyil. Özləri amma internetin abunə haqqını 1 saat ləğv edən güzəştə gedəsi deyil.
Digər şərhlərə bax (2)... -
Cox keyfiyyətsiz xidmət göstərilir, çətinliyin olsa, vay halına. 2 həftədir 20 AZN pulu qaytara bilmirlər.
-
Fırıldaqçılıqla məşğul olur Leo! Depozit açın deyirlər və açanda da pulları depozit yaratmadan bir neçə müddət sonra mənimsəyirlər. Üstündən 1 həftə keçir, deyirlər yanlış oldu yenə təsdiq edin. Bu müddət ərzində isə pulları özlərində saxlayıb faiz vermirlər. Hər cür fırıldaq gördüm mən Leobankda. Heç vaxt depozit yerləşdirməyin Leoya, min cür fırıldaqla faizi vermirlər!
-
Nə işçi öz yerini bilir, nə də yetkili şəxslər. Hamı bir-birinə əmrlə danışır. Hamı bir-birində bir nöqsan axtarır, dəhşətdir vallah.
-
3 gün Zabrat qəsəbəsində internet yoxdur. Nə vaxt olacaq, heç kim bilmir. Azeronline şirkəti sıfr səviyyəsində xidmət göstərir.
-
Azeronline cavablayır:
Salam. Belə fikirdə olduğunuz üçün təəssüf edirik. Zəhmət olmasa bu kimi hallar yaşandıqda qaynar xəttimizlə əlaqə saxlayın. 8220
-
-
Wolt Market Yasamal sizin işçiləriniz yeri zibilləyir. Qanunla zibili yerə atmaq olmaz. Hər bir vətandaş cərimilməlidir. Bütün yer zibil və siqaretdir. Bu problemi aradan götürün!
-
Заказал продукты на 40 манат и одного товара не оказалось в наличии и это уже их вина, а не покупателя. Остальные товары не захотели доставить. Ужасное обслуживание. Не рекомендую.
-
Wolt çox məsuliyyətsizdir. Pulu çıxılır, məhsul çatdırmaqda heç bir tədbir görülməyib, ödənişi ya KFC şirkəti ya da Wolt geri qaytarmır. Operatorla əlaqə də bloklanır. Biz millət olmasaq, sizdən gəlib məhsul sifariş etməsək, sizin şirkətiniz batacaq. Qalacağasınız ağzı açıq. İşləyə bilmirsiniz düzgün şəkildə Wolt proqramı qura bilmirsiniz, niyə işləyirsiniz? Camaata məhsul çatdırmayıb, ödənişi geri qaytarmağa gələndə yoxsunuz. İşləməyin, vapse çıxın. Millətin pulunu yeyirsiniz orda. Hələ həmin ödənişi də çıxırsınız. Havayıdır bəyəm sizə. Millətdən pul çıxılsın, amma mal məhsul yox. Hara lazımdır orayada şikayət edəcəyik.
Ardını oxu... -
Bu gün sifariş etdiyim taksiyə ailəmlə minəndə ondan kondisioneri yandırmağını xahiş etdim, o isə kobud şəkildə kondisionerin yalnız komfort kateqoriyasında taksilərdə yandırıldığın dedi. Belə olmadığını izah etdiyim halda yenə kobud şəkildə taksidən enib yeni sifariş verməli olduğumu, onun aparmayacağını söylədi. Taksi yerindən tərpənmədiyi halda taksidən düşdük və hər şeyə rəğmən 2.4 AZN minimal məbləğ tutuldu. Kobud rəftarın üstünə hesabımdan da pul tutuldu, bu biyabırçılıqdır!
-
Biridea-dan biznesin avtomatlaşdırılması xidmətini sifariş etdik. Əməkdaşlar çox nəzakətli və gülərüzdülər, prosesin hər bir cəhətini ətraflı şəkildə izah edirlər. Keyfiyyətə və professionallığa söz yoxdur, hər şeyi vaxtı vaxtında və yüksək səviyyədə hazırladılar. 👍👍👍
-
Biridea Marketinq Agentliyi cavablayır:
Təşəkkür edirik Ramin bəy!
-
-
Salam Binəqədi filialında (sentalnı gedən yol) işçilər çox məsuliyyətsizdir, kassirlər yox, sadəcə satıcılar çox hörmətsiz danışığın bilməyən. Məhsul axtarırkən işçi telefonla oynayır, oteldə deyirəm məhsulun yerin göstərin, get ordadı da, get özün tap gör var, yoxdusa qalmayıb. İnsan kiminsə işinə mane olmaq istəmir, sadəcə danışıq tərzi istər-istəməməz adama təsir edir.
-
Qətiyyən almayın Umicodan heç nə, əsas da elektronik məhsulları, xarab çıxsa, üstünüzdə qalacaq. Çox səviyyəsiz şirkətsinizmiş. 11 manata görə hər şeyə əl atırsınız. İşləməyən qulaqlığı, guya 1 ay yoxlamaya verdiyimdən sonra, işləyir rəyi yazırsınız. Dünən getdim əməkdaşınızın yanında yenə yoxladım, göstərdim ki, işləmir, o da təsdiq etdi. Zəng etdi, harasa dedi ki, yoxlayırıq müştəriylə, işləmir. Nəsə dedilər telefonda ona, o da mənə dedi ki, bura imza atın, şikayətinizi yönləndirirəm. Məhsulu götürüb aparmalısınız, qaynar xəttə zəng edin, bir də yoxlanılsın. Mən də imza atdım. Sən demə məni aldadıb, evdə baxıram, kağıza yazılıb ki, məhsul işləyir, mən də bununla razıyam. Belə hərəkəti özünüzə yaraşdırırsınız? Mənim 11 manatıma ehtiyacı var şirkətinizin?
Ardını oxu... -
Qırmızı işıq yanır vayfay da. İnternet sürəti var, internet siqnalı əladır, ancaq qoşulma yoxdur. Zəng eləmişəm, deyirlər kabeldə problem var. Kabeldə problem olsa, sürət və siqnal heç olmaz. Çox xahiş edirəm, operatorlara deyin qoşsunlar.
-
Azeronline cavablayır:
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
Başdan ayağa fırıldaqçılıq. Deməli, 1 aylıq Türkiyədə olduğum zaman adıma gecikmə olub. Ödəmişəm və sistemdə baxıram ki, növbəti ödənişə 5 gün qalmağına baxmayaraq adıma 7 AZN cərimə məbləği yazılıb. Zəng etmişəm, deyirlər gecikməyə görə. Deyirəm, ay müsəlman ödəmişəm hamısını. Deyir aidiyyatı şöbəyə yönləndirirəm, sizinlə əlaqə saxlayacaqlar. Millətin haqqına girib haramçılıq edirlər.
-
Sizin tədbiqə yeni qoşuldum, ancaq sifariş etdim, heç bir taksi gəlmədi, sürücü mənə bildirdi ki, imtina edim, mən isə etmədim. Nəticədə Maxim taksi şirkəti ilə əlaqə saxladım və lazımi ünvana getdim. Sizin şirkət çox mənfi işləyir.
-
Sürücülərin bəziləri çox aqressivdir, hərəkətləri mədənniyyətsizdir. Digər sürücü isə sifariş verdiyimiz vaxt maşın yerindən tərpənmədi. 40 dəqiqəyə yaxın bizi gözlətdi, çatmağına 2 dəqiqə qalmış "8 AZN edir gəlim?" yazdı, halbuki boltda 4,2 göstərirdi, xeyr ləğv edirəm, dediyimiz vaxt isə "mən şəhərdən gəlirəm" dedi.
-
Mağazadan geyim sifariş etmişəm. Bolt gətirib çatdırmalıdır. Gözləyirəm atdığım konuma çatmayıb. Deyir çatmışam. Hara nəyə yaxın olduğunu demir çox kobud rəftar edir. Deyir tanımıram tələsirəm. Sifarişimi də götürüb gedib, başqa müştəri götürüb 2 saat sonra gətirib çatdirib. Məndən əlavə ödəniş tələb edib. 1 ulduza belə layiq deyil.
-
Bugün taksi sifariş vermişəm, sürücü məndən soruşur ki, kartladı? Dedim hə, mənə verdiyi cavab: mən Baku Bus deyiləm, oktaz elə. Bu nə danışıq tərzi? Niyə görə mən əsəb keçirməliyəm bu qədər. Belə şpfer olur, belə danışıq olur? Mesajları da ss eləmişəm, çox xahiş edirəm, tədbir görülsün, bu məsələni belə saxlamayacam.
-
Çox narazıyam. Proqramda gediş olunan sürücünün mobil nömrəsi göstərilmir, bəlkə kiminsə şəxsi əşyası qalıb, bu nə deməkdir axı!
-
Пока не поздно нужно закрыть карты и попрощаться с этим банком. Сами просят накапливать деньги у них в картах, а когда снимаешь свои же деньги 1% комиссии оплачиваешь. Премиум картой воспользовался и такой не уважение к клиентам, это просто позор!!!
-
İyun ayının 4-dən mən mal qaytarmışan, iyulun 10-dur, mənə hələ də 14 iş gününü gözləyin deyirlər. Hələ də diaqnostikadadır deyirlər, xarab aparat veriblər, heç işdəmirdi, bir gün olmamış qaytardıq, hələ də pulumu ala bilmirəm. Bəhanələrdən bezmişəm, adam aldadırlar, 1 aydan çox. Qaytarılma vaxtı olur, ev zaddır bəyəm bu.
-
Çox pis internetdir, düz 3 aydır demək olar ki, işləmir. Saray qəsəbəsində hamıda işləyir, bir bizim internetdən başqa 100 dəfə zəng etmişik, bəlkə də hamısında açıb ancaq "narahat olmayın" cavabını almışıq, amma heç cür həll olunmayıb. Axırıncı dəfə zəng etdikdən də dedilər həll olunub və bugün biz internetin ödənişini yüklədik və yenə işləmir. Boş-boşuna pul alırsınız. Gelib marağlanmırsınız. Ya gəlib linyanı düzəldin, ya modem nədirsə onu həll edin. Ancaq günortda 12-dən sonra ta saat 7,8-ə qədər işləmir, amma ancaq gecələr işləyir. Çox naməlum internetdir. Bəlkə də levi kimsə qoşulub. Rəyimi nəzərə alsanız, yaxşı olar.
Ardını oxu... -
Çox pis. Peşman olmuşam bura qoşulmamağa. Zəng edirsən adamı yalandan yola verirlər. Əsəblərimlə oynayırlar. 3 aydır internet belədir, gəlir, yox olur. 200 AZN pul almışdılar qoşulanda. Muqavə öhdəliklərini yerinə yetirmirlər.
-
Çox saxtakar bankdır. Kredit ayırırlar 2 dəfə faiz silirlər. Deyəndəki sizi məhkəməyə qədər şikayət edəcik veclərinə də almırlar. Demək istədikləri kimi kimə şikayət edirsiniz? Biz beləyik, bu cür oğurluq edirik kartdan.
-
Modemə gəlib, 5 gündə baha yoxdur.
-
Azeronline cavablayır:
Salam. Bu kimi hallar yaşandıqda zəhmət olmasa, qaynar xəttimizlə əlaqə saxlayın : 8220
-
-
Bu gün saat 15:00-da operatırla danışdım, mənə dedi: “Sənə mütləq geri dönüş edəcəm”, lakin etmədi. Bu da müştəriləri aldatmaqdır. Rəşid İsmayılov, bina 6, mənzil 13-də interneti ödəmişəm, tutmur. Nə də mütləq deyib, aldadıb zəng də etmədilər. Xahiş edirəm, bu məsələyə baxın. Ödəniş etmişəm, niyə işləmir? Gəlir-gedir, bu nə deməkdir???
Ən çox şikayət olunan şirkətlər
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Şirkətin səhifəsinə keç
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Şirkətin səhifəsinə keç
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Şirkətin səhifəsinə keç
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Şirkətin səhifəsinə keç
— Ruslan

Azeronline cavablayır:
Salam. Connector dəyişilib. Çətinlik davam edir?