Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Salam, Azur Araz market açılır, yeni işçi qurupu yığılıb, tamam anladıq ki, təzə açılır, hamının əsəbi pozulub, amma harda özünə hörmət qoymayan birilərini gətirib işçilərin başında qoyub və işçilərinə təhqirlə yanaşmasına kim icazə verir, o müştəriyə mənim uşağımAaraza işləməyə gedib ağlamağa yox. Əgər siz Veyseloğlu şirkəti özünüz vəzifəyə gətirdiyiniz müştərilərə hakim ola bilmirsə, biz bilirik hara şikayət edək, bu qədər də öz başnalıq olmaz. Onlar hələ idarə etmə nə deməkdir bilmirlər, sadəcə vəzifə xətri üçün orada isə götürülüb. Bu haqda tədbir görünməsini istəyirdim, yoxsa ayın biri açılışda biz öz şikayətlərimizlə ora gələcəyik.
Ardını oxu...Salam, 0.60 AZN-lik Bakubus avtobusuna səhvdən 0.50 AZN vurdum, yazdı yetərsiz balans, amma 0.50 AZN yedi, tezdən 0.60 AZN vurdum. Arada 0.50 getdi, hara gedi? Yetərsizdisə, bu pul niyə çıxılır?
Salam, çoxlu məhsul almışdıq, bu gün bir protein barın tərkibinə baxmadan yemişəm, sonra gördük ki, vaxtı keçib artıq iki həftədir və həmin məhsul rəfdə unudulmayıb, ya da qarışmayıb, yeni məhsul arasında xüsusi ilə endirim qoyulub, qarşısına ki, salsın, bəs biz zəhərlənək, necə cavab veriləcək?
Men ödəniş etməliyəm təcili şəkildə, amma ödənişim keçmir. Bu məsələni təcili həıl edin xahiş edirəm. Camaatı avara eləmisiz. Neçə dəfə belə eləmisiz!
Salam, internetin pulu ödəməyəndə cərimə gəlir? Instagramdan yazdım, sizə deyir, cərimə gəlir, əslində olmamalıdır. Köməklik göstərində.
Salam. Mən Umico Kargodan həqiqətən də şikayətçiyəm, mənim sifarişim Bakıya çatmışdır. 11.03.2025-ci il tarixində mənə kuryer tərəfindən zəng gəldi ki, sizin sifarişi var, konum atın. Konum atdım, ancaq mənə bildirildi ki, sizin rayona biz baxmırıq, ünvanı səhv veriblər və sifariş geri apardılar. Səhəri gün yenə zəng elədilər ki, kargonu gətirirk, sonra yenə konum atdıqdan sonra dedilər ki, ünvan səhvdi biz bu rayona baxmırıq. Dəfələrlə Umico ilə əlaqə saxlanmağa baxmayaraq mənə dəqiq düzgün bir məlumat verən yoxdur. Sifarişi anbardadır deyib dururlar. Mən nə edəcəyimi bilmirəm, belə olmaz həqiqətən. Xahiş edirəm ki, mənim problemimə bir çıxış yolu tapasınız.
Ardını oxu...Araz Badamdar 3 filialından şikayətçiyəm. Kassirlər düz əməlli işləmir, işçilər də çox sərt davranırlar müştərilərə. Hələ o qastronomdakı o qoca arvad çox həyasız və məsuliyyətsizdir. Bütün kollektivi tezliklə dəyişsəz, əla olar. Çox şikayətçiyəm.
Salam, 13 tarixinə səhvən 2 bilet almışam. Alınmalı bilet Bakıdan - İstanbula olmalı idi, amma səhvən İstanbul - Bakı aldım. Uçuşdan 9 saat əvvəl gecə 12-də azal ilə əlaqə saxladım və biletimi dəyişmək istədiyimi dedim. Şikayətə baxıldı. Bileti dəyişməyə görə hər biletə 60 avro cərimə yazıldığını bilirdim, amma nədənsə məndən 388 AZN pul alındı. Bu da hər biletə görə 105 avro və cəmi 210 avro alındı. Bununla bağlı şikayət edəcəyəmi bildirsəm də, cavab prosedur qaydası budur deyildi. Xahiş edirəm, bununla bağlı ölçü götürəsiniz və əlavə alınmış pulu geri qaytarasınız.
Ardını oxu...Rabitə Bank dəhşətdir. Bu qədər millətdilər bir kredit kartını verib başa çıxmadılar. Hər kəs boş bekar oturub.
Yango, sizin şoferinizdən xəbəriniz var? Yaşı, yaş deyil, 70-i keçib, özünü apara bilmir. Dəhşət bir hadisə ilə rastlaşmışam bu gün. Birinci mənə deyir ki, nə qədər pul verəcəksən? Dedim 6 man. Deyir: "Daha çox ver də, nə olar ki?" Dedim: "Xeyir ola??" Dedi: "Yaxşı, yaxşı." 5 dəqiqə keçmədi, ştraf gəlib ona 40 man deyir. "Aydaa, görürsən? Olmaz idi orda saxlamaq? Vay..." Belə də edir, qışqıra-qışqıra. "Mən necə ödəyim bunu?" Halbuki başqa ətrafı mənim üstümə nişanlayır. Dedim: "Başa düşmədim, mən sizə pul verməliyəm bəyəm? Siz başa düşürsüz nə danışırsız?". Sonda yenə, əlində maşın sürən yerdə rula vurur, dəli kimi qışqırır, sürəti artırır və sürət ola-ola maşını əyri sürür. Maşınlar hamısı siqnal verir ona ki, bu nədir? Maşın az qala çırpılacaqdı. Adamı görmədi, ayağı ilə vurdu harasa. Sadəcə o qədər halsız idim ki, o an yazmadım sizə təhlükəyə görə. Sonra saxladı yolun ortasında, sürmür, maşınlar siqnal verir, bu dayanıb telefonda nəyəsə baxır. Deyirəm: "Dayı, mən işə gecikirəm. Üstəlik danışığınızı bilmirsiniz və mənim halıma baxın, niyə mən qorxu və stress içində getməliyəm?" Rəsmən əsirdim, vallah. Axırda necə çatmışamsa, Allah qorudu. İndi o stressdən özümə gələ bilmirəm. Niyə hansısa belə insanlara görə mənə zərər gəlməlidir canıma??? Bu nə şoferlərdir siz yığmısız? Camaatı da bədbəxt edirsiniz! Az pul da verilmir sizin taksilərinizə. Biabırçılıqdır! Mən başqa yerlərə də şikayət edəcəyəm, bununla bitməyəcək!!! Sürücünün bütün məlumatlarını qeyd edirəm, şəkil göndərəcəm.
Ardını oxu...Dələduz şirkətdir. Məhsul alandan 2 həftə sonra çatdırılma etdilər. Paltaryuyan xarab oldu, geri qaytarmaqları 34 gün çəkdi. Demontaj xidməti deyir ki, barabanı bağlamaq üçün lazım olan boltlar sizdə yoxdursa götürmürük. Boltlar standartdır, siz gətirin, biz ödəniş edək deyəndə hə deyirdilər, yoxa çıxırdılar. Nömrələrdə bir tərəfli olduğundan zəng vura bilmirdim. Heç vaxt heç nə almayacağım azərbaycan şirkəti. Çox biabırçı idarəetmə modulunuz var.
Salam, bu nə qaydadı? Kuryer gətirib kartı, deyir vəsiqəni əlində yanında saxla, şəkil çəkirəm, nə edirəm. Azərbaycan Respublikasının məcəlləsində belə bir qayda qanun yoxdu, şəkil çəkirəm, nədir? Vəsiqəni göstərib, imzamla da təsdiq edirəm budur. Banka yığmışam, bızım qanunlar belədir deyir, bizim qanunlar nədir, siz başqa ölkəsiz, nəsiniz. Mən sizin barədə aidiyyəti yerlərə şikayət edəcəyəm, bilin öncədən yazdıb ki, biləsiniz.
Salam. Bu gün 12.03.2025-də saat 16.00 radələrində Yeni günəşli, dy/s, xəzər İnşaat 1 ünvanındakı ARAZ marketə al veriş etmək üçün gəldim. İlk olaraq, kartof almaq istədim, lakin təklif olunan kartofun keyfiyyəti və palçıqlı, çürümüş bərbad vəziyyətində özümü təhqir olunmuş hiss etdim. Səviyyəli xidmətdən danışan market müştərisinə heyvana yediriləsi kartofu necə təklif edə bilər? Məncə çox ayıb və utancvericidir!
После того, как подняли цены, интернет стал плохо работать. В день по несколько раз отключается. Невозможно смотреть фильм. Думаю поменять провайдера.
Отлично.
Самая худшая служба доставки. Доставить не могут, почему, у курьера личные проблемы!?!? Оператора вообще будто нет!
Son zamanlar restoranlarınızda xidmət keyfiyyətinin ciddi şəkildə aşağı düşdüyünü müşahidə edirəm. Son sifarişimdə bir neçə problem yaşadım: çörəklər çox quru idi və dadı əvvəlki kimi deyildi. Burgerin içində heç bir sous yox idi, bu da onu dad baxımından çox zəif edirdi. Kartof fri sifariş etmişdim, amma porsiyanın yarısı çatdırıldı. Bundan əlavə, KFC-də ən böyük üstünlüklərdən biri olan “Tələbə Menyu”nun ləğv edilməsi çox məyusedicidir. Bu menyu, tələbələr üçün əlverişli bir seçim idi və onu ləğv etməyiniz müştərilər üçün böyük bir itki oldu. Sizdən xahiş edirəm ki, xidmət və yemək keyfiyyətini bərpa etməyə diqqət yetirəsiniz, həmçinin «Tələbə Menyu»nun geri qaytarılmasını nəzərdən keçirəsiniz. Müştəri məmnuniyyəti brend üçün önəmli olmalıdır və ümid edirəm ki, bu şikayət nəzərə alınacaq.
Ardını oxu...Bu nə deməkdir, mən kasıb insanam, kontur yükləyirəm, hər ay 2 AZN pul çıxılır, mən neynirəm belə bir tarifi tədbir götürülsün.
Bərbad işləyirsiniz, malın dəyərini endirimsiz bəyan etdiyiniz üçün bağlama gömrükdə saxlanılıb, pulu mənə ödətmisiniz, sizin səhviniz olmasına baxmayaraq bağlamanı gömrükdən çıxmasından 6 gün keçir, hələ də çatdırılmayıb zənglərə şikayətlərə doğru düzgün cavab verən yoxdur.
6 mart 15:22 azərcelin balansımdan özbaşına 2 AZN çəkməsi və mesaj vasitəsilə "gənc simə" qoşulmusunuz yazaraq hər ay bu özbaşınalıq davam edəcəyini bildirməsi məni özümdən çıxarır, tətbiq vasitəsilə online çata yazıb heç nə etmədiyimi bildirərək vəsaitimi geri tələb etdim. Süni intellekt heç nəyə məhəl qoyulmadı. 25 dəqiqə verib guya, gözlərinə girsin 5 saniyəni 1 dəqiqə kimi qeyd edir. Çox açıq quldurluqdur. Abonentin xəbəri və razılığı olmadan edilən əməllər vətəndaşa qarşı cinayətdir.
İnternet sürəti bərbatdır, azəronline yeni qoşulanda verilən sürət indi yoxdur, qiymət atrımağı bacarırsınız. Bir sutkadır, internet yoxdur, əlaqə saxlamaq əvvəllər olurdu, indi o da yoxdur. Aztekom işlədəndə sizi qədər nərahat etmirdi vətəndaşı. Başqa xətt çəkilib kəndə, qoşulma başlayan kimi tərk edəcəm, bu provayderi qiymət bir yandan soyur, əsəb biryandan məhv edir.
Наверное точно не идеальный, но лучше чем бакинтернет. А так лично у меня, живу на восьмом км, практически не было проблем с инетом. Обслуживание хорошее, молодые сотрудники, всегда вежливо готовы ответить и помочь. Короче советую.
Спасибо всем) хорошо зашёл сюда, а то уже вынужденно подключался к ним. Домашний телефон отключили, без инета не хотят включать.
20 февраля перестал работать интернет, сейчас уже 10 марта, уже около 15 дней, интернет все еще не работает! Звонили по горячей линии 8220, каждый раз одно и тоже говорят, «мы отправили вашу жалобу, в ближнее время с вами свяжутся». Связались? Нет! А когда звонили повторно, повторяют что «мастер к вам же подошел!» -когда подошел ? Как он так подошел, что даже домой не зашел, посмотреть сам сим и роутер ? Почему нам не позвонил? Ужасное обслуживание! 15 дней не могут решить этот вопрос, 15 дней! На нашу проблему ваши сотрудники закрывают глаза, отправьте нам уже мастера! Свяжитесь с нами и желательно пусть это делает компетентный сотрудник, а не «мы отправили вашу жалобу»
Ardını oxu...Mən 8 ay olar ki, sizin abonentəm. Bu aylar ərzində heç bir problem olmayıb. Otən ay 10 gün internet olmadı. Müəyyən etdiyiniz mütəxəssislərdə məsələni yoluna güc bəlayla qoydular. 3-4 gün bundan qabağa kimi hər şey normal idi, yenə gün ərzində müxtəlif saatlarında internet dayanır. Hər ay vaxtında ödəniş edirəm. Nə üçün abonentləri incidirsiniz.
Bu gün 8-ci km bazardan çıxandan sonra Lotos Ticarət Mərkəzinin qabağında üzü Neftçilər metrostansiyasına tərəf dayandığım yerdən Süleyman Rüstəm 35A ünvanına getmək üçün taksi sifariş etdim. Nömrəsini tam xatırlaya bilmirəm, Ancaq 77?108 ağ rəngli Prius markalı maşının gələcəyi bildirildi. Bir müddət sonra sürücünün çatdığına dair mesaj gəldi. Ancaq maşını görə bilmədim. Əlaqə saxladıqda 07******** sürücü sifariş verilən yerin qarşı tərəfdə və tamamilə əks istiqamətdə olduğunu bəhanə gətirdi. Mən dayandığım yerdən sifariş verdiyimi və hərəkət etmədiyimi desəm də faydası olmadı. Sifarişi yerinə yetirməkdən imtina etdi. Buna baxmayaraq, daha sonra kartımdan 2.40 AZN çıxılmış oldu. Mən buna qəti etirazımı bildirir və həmin məbləğin qaytarılmasını tələb edirəm.
Ardını oxu...Çox zəif olduğu üçün imtna elədim.
"Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oyn..."
— Rüqəyya
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar