Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Çox zay provayderdi. Zəng edirsən, ya zəng çatmır, ya da baxılacaq deyirlər. Baxan da yoxdu. Nə ofisləri bəllidi, nə işləri iş deyil.
Çox zay bir internet provayderdi. Heç kimə məsləhət görmürəm. Nə internetləri işləyir, nə saytları, nə də operatorları. İşıqlar da sönəndə internetdə itir. Mənim UPS im var bu firmanın yox .
Həç operatorla əlaqə saxlaya bilmirəm. İki gündü internet işləmir
99Y**83 nomreli maşin emanet olan esyamzi catdirmayib
1 ay normal işlədiyin görmədimdə. Zəng eliyirsən, zəng çatmır, şikayət eləməyə yerdə yoxdu, 10 gündü yoxdu internet, zəngdə çatmır biyabırçılığdı
Çox bərbad. Bu şirkəti bağlatdırmaq mümkün olsaydı. Haramınız olsun 250 manat aylığı ödəyirdim amma bir ay heç düz əməlli işləmir. Axirətdə halallıq istəyirsiniz. Operatorlar da ki kayfdadı elə bil. Bir ulduz da çoxdur sizə
Ramanada yasayiram, yeni kompleksde çox berbad internetleri var, 1 dene elaqe nomreleri var, oda heç vaxt zenglere cavab vermir.
Bu gün İrşad Electronics mağazasının, Quba filialına təraş cihazı əldə etmək üçün yaxınlaşdım. Məhsulu, kredit ilə əldə etmək niyyətində idim. Çünki şirkətin mütəmadi müştərisiyəm və hər kredit ödənişimdə mənə, kredit limiti ilə bağlı məlumat göndərilir. Bu gün mağazaya yaxınlaşdığımda, limitimi yoxladım və 3178 manat olmasına və adımda sadəcə bir dəfə olsun kredit gecikdirməsi olmamasına rəgmən, qardaşımın kredit gecikdirməsi olduğu üçün, saatlarla əyləşdiyim kreditləşmə şöbəsinin masa arxasındaki oturacağından, durmalı oldum. Nəticə etibariylə, məhsulun kreditləşməsi mümkün olmadı. Buradan məhz həmin əməkdaşlara səslənirəm, hal belə ikən, məni, niyə 75 dəqiqə gözlədirsiniz? Üstəlik, kreditin sanki müsbət formalaşacağı haqda təəssürat yaratdığınızdan sonra?
Ardını oxu...Berbaddir. Internet islemir. Operator zenglere cavab vermir. Websaytlari yoxdur. Her ay abune pulu alirlar.
Azeronline'den şikayetim var. Muraciyet etmişem optik internete gore. Kecen hefte işçileri geldi bizden router almazsanız cekmiyeceyik dediler halbuki benim ozumde asus'un 300 azn routeri var. Neyse yaxsi dedim sizden router aliram gelin çekin dedim. Axsam geleceyik dediler ve üzerinden 10 gün kecti helede yoxdu. Ve işçileri kobud ve ne danisdiglarini bilmirler. Yeni illa internet ucun temmuz eliyev yada shixovda yasamag lazimdi ki zeng vuranda qorxularindan tez gelib ceksinler. Niye insanlara hormet qoymursuz.
Buna internet demek olmaz
4 saatdır ödəniş etməliyəm, ödəniş etmək olmur. Zəng edirəm, açmırlar. Hər iki əlaqə nömrəsində, 20-23 dəqiqə arasında gözlədim. Nə dəstək verən var, nə yardımçı olan…
KFC-nin 28 may metrosunun yanında yerləşən filialın xidməti bərbaddı, xidmət edən şəxslər çox kobud davranır, vətəndaşları məlumatlandırmaq istəmirlər. Bunu nəzərə almağınızı xahiş edirəm.
Xaiş edirəm Kürdəxanı qəs. zeytun bağının arxasinda yerləşən mağazanı ciddi rejimə götürün. Çünkü öz başınalıq davam edir, müstəri davranışı 0, Müştəriyə xoş üz göstərməkdən elə süfət göstərilər ki mağazaya daxil olmaq istəmirsən. Vaxtı keçmiş mallar, xarab şokolad, xarab meyvə, ciddi nəzarətə götürün zəhmət olmasa.
Salam, her vaxtiniz xeyir. Xəzər rayonu Binə atçılıq yaşayış massivi, orda nedi kuley əsəndə, yağış yağanda bu internet işləmir və sizin əlaqə nömrənizi yığırıq, sizinlə əlaqə saxlamaq isdeyirem, birinə zəng çatmır, birində götürmürlər. Biz bununla bağlı sizə sikayətimizi bildirmək üçün hara müraciət etmək lazımdı
Eger sizde fırıldaqdan uzaq olmaq isdiyirsizse bu şirketden uzaq durun!!! Pulunuzda gedecek, esebinizde!
Salam. Taksi sifariş verirəm, kartla yazılır 1.40 ama kartdan 2.04 manat çıxılır, birdəfəlik 2 və ya 3 yazılsında. Inanıramki bu birtək məndə deyil, birində bəlkə pul yoxdu həmin artıq çıxılan pulla bəlkə bir çörək ala, bəlkə basqa nəsə, bu nədir axı, bele vicdansızlıq olmaz
Çəkdirəndə soruşdum ki bəs deyirlər yaxşı provayder deyil. Dedikər ki problemsizdi ayda 1 dəfə problam olar da olmaz da. O da 1 saata düzələr. 2 gündü çəkilib, bu gün səhərdən internet yoxdur. Nə düzəldirlər, nə də normal cavab verirlər nə vaxta düzələr. Çətini pulu alana kimidi. Sonrakı xidmət 0.
Bu gun sifariw verdim, saat 13:00 catdirilma olunmali sifariwi getirmediler, eyni zamanda kuryere bir nece sifariw verilib, ve tebii ki catdirilma 40 deqiqe gecikib. Dovlet iwinde iwlediyim ucun nahar vaxtindan kenar cixmaq mumkun deyil. Pulumu wolt wirketi neyin ki qaytarmaq, hec bele vecinede almir
Salam. Şikayətim Leobank əməliyyatçılarındandır. Xarici sayta edilən reversal ödənişi niyə 60 gün bloklamalıdır? Araşdırma adı altında robot kimi eyni cavabı verərək insana əsəb pozgunlugundan başqa bir işə yaramırlar! Mən saytla da danışmışam pul qarşı tərəfə keçməyib, əlimdə yazışmalarda var, LEOBANK isə xüsusi araşdlrma aparır guya! Pul köçürmələrindən başqa heç bir işə yaramayan bank! imtina edirem sizden
6 aydi paltaryuyan almisam, 2 defe servise gedib, 20 gunnen bir paltaryuyan xarab olur. 1 aydir qaytara bilmirem, çox masenik dukandilar, başqa paltaryuaynimiz var 8 ildir isleyir, helede bir problemi olmayib, ne ishe kecdik bu music galeryde paltaryuyan aldiq
Kuryerlər ƏDV çeklərini əvvəlcədən özləri vururlar
Buranın pizzaları superdi, Bakıda belə ləzzətlisi yoxdu. Ancaq kollektivi, xüsusən də gənclik malldaki filialda çalışan işçilər müştəri ilə çox kobud rəftar edirlər. Hələ döşünə menecer yazıb yapışdıran Q***ar adındakı işçi alıcıya heç bu restorana uyğun şəkildə münasibət bəsləmir, çox sərt, kobud və nəzakətsizcə danışır + bunu irad kimi bildirdik də sifarişimi qəbul etməkdən imtina etdi. Biz ora yeməyə gəlirik, kiminsə tribin çəkməyə yox. Diqqətə alınsa daha yüksək qiymət vermək olar.
Mene xaricden pul gelib ve men o pulu sizden ala bilmirem, duz 7 gundur firladirsiz
3 ay əvvəl Mehdi Mahmudinin qəbuluna getdim həqiqətən çox yaxsi qarsiladi və ətrafli izah etdi. Seanslara başladıq. mende sizanaq mualicəsi idi. 4 cü seansdan yaxsi netice gormeye basladım ve indi tam sagalib uzum. Tesekkurumu bildirməyi borc bildim.
Müştəri xidmətlərini və texniki dəstəyi bəyəndim
Internet islemiyende biz kimle elaqe quraq. Xarab olsa kim duzeldecek, en azindan telefonlara cavab versinler, zeng edirsen goturmurler.
"Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oyn..."
— Rüqəyya
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar