App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
AZAL
AZAL

AZAL haqqında şikayətlər və rəylər

Turizm şirkəti Turizm şirkəti
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə AZAL haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin AZAL barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (57)

5 ★
0%
4 ★
0%
3 ★
2%
2 ★
7%
1 ★
84%
  • Z
    Zeyneb 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    22 mart, 20:50 uçuşunda yoldaşım və digər 4 nəfərə heç bir xəbərdarlıq edilmədən uçuş qapısı dəyişdirildi. Sonradan yoldaşım bileti öz hesabına alıb. Niyə görə siz dəymiş ziyanı ödəmirsiniz? 262 manata yenidən bilet alınıb. Yüksək təzyiq xəstəsi olan adamın həm sağlamlığı ilə, həm də əsəbləri ilə oynamaq olmaz.

  • TE
    Tuğçe Ertek 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    4 dekabr 2025-ci il tarixində, Bakı Heydər Əliyev Hava Limanında Azərbaycan Hava Yolları ilə Bakı–İstanbul (uçuş: J277, PNR: 9T7QZ7) və Bakı–Tbilisi (uçuş: J28233, PNR: 9DY6VH) uçuşlarım üçün bilet aldım. Bilet alışı prosesində 28 həftəlik hamilə olduğum açıq şəkildə görünsə də, hamiləliyimlə bağlı əlavə şərtlər, həkim rəyinə ehtiyac və ya təyyarəyə minməmək ehtimalı barədə mənə məlumat verilmədi. Bütün prosedurları tamamladıqdan və biletlərimi saxladıqdan cəmi iki gün sonra bir işçi həkim rəyinin olmamasını əsas gətirərək təyyarəyə minməyimdən imtina etdi. Bu, biletləri aldıqdan sonra son mərhələdə, əvvəlcədən xəbərdarlıq edilmədən baş verdi. Pegasus Airlines ilə hamiləliyimin eyni mərhələsində heç bir problem olmadan uçuşa qatıldım və heç bir həkim rəyi tələb olunmadı. Buna görə də Azərbaycan Hava Yolları işçilərinin münasibətini tamamilə özbaşınalıq hesab edirəm. Bu hadisə nəticəsində hər iki biletimi itirdim və 10.000 TL-dən çox maddi zərər çəkdim. Məsələ ilə bağlı onlarla e-poçt göndərməyimə baxmayaraq, heç bir üzr, əvəzedici uçuş, endirim kodu və ya həll yolu almadım. Nə əziyyətim, nə də maddi itkim ciddi qəbul edilmədi. Bu özbaşına təcrübənin izahını, itkimi kompensasiya etmək üçün əvəzedici uçuşun verilməsini və rəsmi üzr istənilməsini tələb edirəm. Bundan əlavə, oxşar vəziyyətlərin təkrarlanmasının qarşısını almaq üçün hamiləliklə bağlı uçuş qaydaları barədə aydın məlumat gözləyirəm və personalın bu mövzuda standart, aydın prosedurlara riayət etməsini gözləyirəm.

    Ardını oxu...
  • EA
    Elnur Abbasov 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Azal şirkəti yalandan xidmətdən dəm vurur, ancaq yük çamadanlarını vəhşi kimi tullayıb sındırırlar; sonra da şikayət edəndə müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışırlar, vətəndaşın malına, mülkünə ziyan vururlar, buna cavabdehlikdən isə yayınırlar. 24.01.2026-cı il axşam saat 19:00-da Ankaraya uçan təyyarə ilə oğlumu yola saldım; Ankaraya çatanda yük çamadanını götürəndə gördüm ki, çamadanın təkərlərini Azalın əməkdaşları sındırıblar. Azalın rəsmi saytına, e-mail ünvanına yazmışam; dedilər çamadanın şəklini və baqaj nömrəsi olan kağızı çəkib e-mailə, şikayətin arxasına qeyd edərək göndər. Mən də dedikləri kimi etdim; bu gün də e-mail ünvanıma yazıblar ki, hansısa PİR sənədi də olmalıdır. Sındırdıqları çamadanı kompensasiya etməmək üçün vətəndaşı bezdirməklə məşğuldurlar; qısacası, vətəndaş yorulsun, şikayətindən vaz keçsin — budur Azalın əməkdaşlarının məqsədi. Sonra da "xidmətlərimiz" deyə öyünürlər; 1 kq artıq yük olan kimi dərhal 23 kq-ın pulunu alırlar, 140 manat. Ancaq məsuliyyətlərini dərk etmirlər, sərnişinin çamadanını sındırırlar. Azal rəhbərliyi buna biganə yanaşır.

    Ardını oxu...
  • SB
    Sabuhi B. 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    26 dekabr 2025-ci ildə AZAL-ın 11:30 Trabzon reysi ilə uçmuşam. Qeydiyyat bölməsində yükü təhvil verəndə Cəlil Sadıqov adlı işçi yaxınlaşıb, əlimdə olan 10 kq-lıq yükə görə 140 AZN ödəməli olduğumu bildirdi. Mənim biletimdə 10 kq və 23 kq yük yeri ödənilmişdi. Mən 140 AZN ödədim. Amma düşünürəm ki, bu qanunsuz idi və bu yük biletdə var idisə, məndən niyə 140 AZN alınmalı idi?

  • R
    Rashad 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    23.09.2025-ci il tarixdə avtomobilimi hava limanının parkingində saxlamışam. 26.09.2025-cü il tarixdə parkında 3 sutka 4 saat saxlasam da, məndən 4 saatın pulu çıxılıb. Qaynar xəttlə əlaqə saxlasam da, heç bir qane edici cavab vermir. Xahiş edirəm, adiyyatı şəxs mənimlə əlaqə saxlasın.

  • MS
    Mehriban S. 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    13.09.2025 tarixində Ankara Bakı istiqamətində J28004 nömrəli uçuş xidmətindən narazı qaldım. Əvvəla uçuşumuz 2 saat gecikdi. Təyyarəyə Boarding sonrası 2 saat içəridə uçuşu gözlədik. Və bizə deyilən səbəb yüklər ağırlıq edib, qalxa bilmirik. Nəhayət saat 4-də Bakıya enə bildik. Və məlum oldu ki, təyyarə azal təyyarəsi deyilmiş, minəndə görmədik. Çox narahat uçuş idi, oturacaqları bəyənmədim, eləcə də verilən yeməkləri. Halbuki azala o qədər məbləği rahat uçuş olsun deyə və gecikmə olmadan qısa müddətdə çatmaq üçün ödəmişdim. Çox təəssüf. Bununla neçə dəfədir ki, uçuşların gecikməsi, dəyişdirilməsi və ləğv olunması ilə bağlı hallar eşidirəm və birini də özüm yaşadım. Növbəti dəfələrdə artıq azalı seçməmək haqda düşünürəm.

    Ardını oxu...
  • AM
    Aytən M. 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    21.08.2025-ci il tarixində aldığım bilet təxirə salınaraq 3 dəfə vaxtı dəyişdirilib. İşimlə bağlı iclasda iştirak etməliydim. 1000 AZN maddi ziyana uğramışam, iştirak edə bilmədiyim üçün. Azala müraciət etsəm də, heç bir şey etmədilər. Kompensiasiya ödənilməsini xahiş edirəm.

  • A
    Aydan 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Keçən ildən bu günə qədər aldıqım biletlər təxirə salınır, bu çox narahat vericidir. İstədiyi vaxta təxirə salırlar, səhər aldıqım bileti axşama atırlar, səbəb nədir, mənim axşam işim olduğu üçün səhər alıram, lazım olsaydı, axşama alardım da, Azaldan son bilet alışımdır.

  • İ
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən və ailə üzvlərim 07.08.2025-ci il tarixli 255 nömrəli Bakı-Naxçıvan reysində gecikirəm. Mən əvvəlcədən bilet alıb həmin vaxtdan bir saat sonra Naxçıvanda olacağımı düşünmüşəm. Buna görə Azal şirkəti öz müştərilərini su və digər məsələlərlə təmin etməlidir. Azal içində satılan qidalar 3 mislinə bahadır. Bəlkə kiminsə imkanı yoxdur. Bundan əlavə körpələr və qoca xəstələr var. Şikayətimə baxılmasını xahiş edirəm.

  • S
    Sevinc 10 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən Azaldan şikayətçiyəm, mənim oğlum Naxçıvanda əsgərdi, bu gün səhər saatlarına bileti var idi, ancaq bileti Azal ləğv edib başqasına satıb niyə? Mənim uşağım 1 il 6 ay qulluq edib, indi də qalıb Naxçıvanın hava limanında, bu işə tez bir zamanda baxılsın, bu böyük haqsızlıqdır.

Bələdçi.az saytının AZAL şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

AZAL Baku reyler, azal haqqinda reyler, AZAL shikayet, azal reyler, AZAL kampaniyalar, AZAL sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
AZAL barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq