Bakcell haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Bakcell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bakcell barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (180)
-
Dəhşətli mobil operator. Texniki dəstəyin səviyyəsi bərbaddır. Son zamanlar tamamilə mənasız və əsassız “vergilər” tutmağa başlayıblar, nəticədə balans daim azalır. Eyni zamanda adi tariflərin qiymətini də daima artırırlar. Şiddətlə tövsiyə etmirəm.
-
Hamıdan xahiş edirəm, baksel interneti tərk edin, baksel interneti pul şəkilində balansımızdan oğurlayır. 40 dəq 2 gb internet işlətmisiniz, yazır. 14 ildir baksel nömrəsi işlədirəm. 2025-ci il başlayandan gündə nömrəmdə ya pul oğurlandı, nara keçsin.
-
Çox alçaqlıq edirlər. Mən bakselin feal müştərisiyəm. Mənə heç yaxşı internet paketi göndərmirlər. Bakselin bir qəpik xeyri dəyməyən adama tez-tez sərfəli paket təklif edirlər. Mənə ya baha ya da 10 günlük təklif edirlər. Ən yaxşısı nara keçməkdir 👎
-
Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "DaimOnline 22"yə. Səbəb soruşuram, deyirlər: "Bizlik deyil." Bu qədər yazıqlıqdır ki? 05********. Əgər mənim istəyimi təmin etmək fikirləri yoxdursa, mən onları məhkəməyə verib kompensasiya tələb edəcəyəm.
-
Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?
-
İnternet paketlərində nömrələr arasında ayrı seçicilik edirlər.
-
6 gb interneti bir günə qutara bilməz, dünən 6 gb internet vurmuşam, bu gün yazılıb ki, 10% qalıb, 12 AZN ödəmişəm, problemi həll edin, əks halda Nara keçəcəm.
-
Nömrəmi məndən xəbərsiz Sevimli Cin tarifinə qoşublar
-
Mənim nömrəmə birinci ay internet paketi 60qb, 10.9 azn qiymətinə gəldi. İkinci ay 11.9 azn. 3 ay isə 14.9 azn qiymətə. Bu nə deməkdi? İndi mənim paketimin vaxtı bu gün tamam olur, yenə balansa 15 azn artırdım ki, paketi yeniləyim və həmən an NarMobile-dan mənə bu təklif (9.9 azn) gəldi. Ona görə bakcell 14.9 xeyrinden məhrum oldu. Sabaha kimi bu paketi 10.9 azne endirsəniz təklifi qəbul edərəm. Əks halda Nar-dan faydalanacam.
-
Tariflərdən narazıyam, heç bir tarif sərf eləmir mənim üçün.
Bələdçi.az saytının Bakcell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bakcell Baku reyler, bakcell haqqinda reyler, Bakcell shikayet, bakcell reyler, Bakcell kampaniyalar, Bakcell sikayet, unvan
Bakıda
