App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Baku Electronics
Baku Electronics

Baku Electronics haqqında şikayətlər və rəylər

Elektronika mağazası Elektronika mağazası
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Baku Electronics haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Baku Electronics barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (74)

5 ★
3%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
85%
  • N
    Nəsirulla 7 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis mağazadır! Nə məhsul almışıq, xarab çıxıb: tozsoran, telefon və s. Çox şey. Mağazaya girirsən, maraqlanan yoxdur, belə şey olar 😡 Söz soruşursan, gülürlər, işçilər vecinə almırlar müştərini. Söhbət Mərdəkan filialından gedir.

  • S
    ★
    ★
    ★
    ★
    ★

    Aldığım Shaub Lorenz soba zavod defekti ilə gəlib, martın 16-dən bu günə qədər guya detal sifariş olunub, artıq 2 aydır hələ də heç bir xəbər yoxdur, servis bərbad, görəsən 2 ayda bu detal yenidən istehsal olunur?

  • K
    Konul 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nərimanov servisinin xidmətindən çox narazıyam. Operatorlarınız “bu haqda heç nə deyə bilmərik” cümləsindən başqa heç nə bilmirlər. Əlaqə saxlayacağıq deyib əlaqə saxlamırlar. Zəmanət şərtinə görə qaytarmaq istəyirəm, onu da etmisiniz. Məqsədiniz nədir bilmirəm? Ətə bu qədər qara çıxır, problem yoxdur, əti çəkir deyirlər.

  • Z
    Zəhra 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Xidmət bərbad vəziyyətdədir. Kombi almışam. Aldığım gündən eyni problem yaranıb. İki aydır işləmir. Usta gedir-gəlir, düzəldə bilmir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət ərizəsi yazmışam.

  • R
    Ruslan 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Servis xidmətindən narazıyam. Ödənişli xidməti belə düzgün yerinə yetirə bilmirlər. Operatorlar müraciəti düzgün qeyd etmir və ünsiyyət tərzi də qənaətbəxş deyil. Xahiş edirəm məsələ ilə bağlı tədbir görülsün.

  • N
    Nuşrəvan 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Servis xidməti 0 səviyyəsindədir. Soyuducum 20 gündür işləmir, təmir etmirlər. Get-gələ salırlar.

  • M
    Murad 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    6 gündür mən krediti ödəyə bilmirəm, müqavilə nömrəsi, müştəri kodunu hər yerdən yoxlayıram, sistemdə çıxmır yazılır. Öz problemlərinə görə 6 gündür gecikmədədir kreditim

  • T
    Tural 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Samsung S25 Ultra ilə bağlı müraciət edirəm. Aldığım telefon xarab olduğu üçün servisinizə təhvil verilib, lakin “vaxt yoxdur” bəhanəsi ilə təmir olunmur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, təmir müddəti 14 günü keçə bilməz. Müddət keçdiyi üçün telefonun yenisi ilə əvəzlənməsini tələb edirəm. Həmçinin, servis öhdəliklərini yerinə yetirmədiyi üçün “Qızıl Zəmanət” məbləğini ödəməkdən imtina edirəm və bu məbləğin kredit qalıq borcumdan silinməsini tələb edirəm. Qalan əsas borcu isə ödəməyə hazıram. Əməkdaşlarınızın “pensiya kartından pul tutulacaq” kimi hədə-qorxuları hüquqi əsassızdır və psixoloji təzyiqdir. Məsələ qanun çərçivəsində həll olunmasa, aidiyyəti quruma rəsmi şikayət ünvanlayacağam.

    Ardını oxu...
  • Ş
    Şəlalə 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Bu şirkətin Sumqayıt filialının illərdir müştərisiyəm. Telefon almaq üçün dükana daxil olarkən əməkdaşların çox laqeyd münasibətini gördüm. Özüm əməkdaşa yaxınlaşıb telefon almaq üçün mənə kömək etməsini xahiş etdim. Mənə məhsul haqqında doğru düzgün məlumat verə bilmədi. Kobud və laqeyd münasibət göstərdi. Ümumiyyətlə qeyd edərdim ki, əvvəlki səviyyəni görə bilmədim. Belə olan təqdirdə seçimimi başqa satıcı şirkətdən etdim.

  • I
    ilkin 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Baku Electronics mağazasından kondisioner aldım, servis quraşdırması 0, səhvlər edən və bacarıqsız ustalardır, heç kimə tövsiyə etmirəm

Bələdçi.az saytının Baku Electronics şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Baku Electronics Baku reyler, baku-electronics haqqinda reyler, Baku Electronics shikayet, baku-electronics reyler, Baku Electronics kampaniyalar, Baku Electronics sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Baku Electronics barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq