App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Baku Electronics
Baku Electronics

Baku Electronics haqqında şikayətlər və rəylər

Elektronika mağazası Elektronika mağazası
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Baku Electronics haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Baku Electronics barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (74)

5 ★
3%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
85%
  • I
    Ilkin 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Baku Electronics servis xidmətindən şikayətçiyəm. Ümumiyyətlə şikayətə baxan yoxdur. Kondisioner quraşdırılması ilə bağlı problem yaşayıram. 143-ə zəng vurursan, ancaq bildikləri budur: qısa zamanda əlaqə saxlanılacaq. ‘Qısa zaman’ları 1 ildir — servis xidməti 0.

  • F
    Fərid 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Baku Electronics-i heç kimə məsləhət görmürəm. Məhsul aldım, məhsulda kiçik bir problem oldu və artıq vəziyyət çox çətinləşir. Nə məhsulu düzəldirlər, nə pulu qaytarırlar (hələ 15% tutulmasını demirəm), nə də ki, operatorlar qəti cavab vermirlər. Yəni onlayn formada məhsul almayın. 10 dəfə məhsulu yoxlamadan almayın.

  • E
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Mən sizin neçə illərdir müştəriniz olmuşam, heç vaxt ödənişlə bağlı problem yaratmamışam. Amma bununla ikinci dəfədir ki, mənə qarşı çox hörmətsizlik olunur. Bildiyiniz kimi, çox sayda elektron dükanlar var, heç biri də mənə xidmət göstərməyib, amma həmişə Bakı Elektrona üz tutmuşam. Bir dəfə məsul götürən vaxt vermədilər ki, adınızda pul çoxdur, amma vaxtı-vaxtında verirəm. Onu sonradan mən şikayət etmişdim, yoluna qoydular. 2 il bundan qabaq da telefon götürmək istəyirdim, yenə vermədilər. Bu lap hörmətsizlik oldu. Mən həmişə bura üstün tutmuşam, tərifləmişəm; neçə ildir buranın müştərisiyəm. Çox sağ olun qoyduğunuz hörmətə.

    Ardını oxu...
  • A
    ★
    ★
    ★
    ★
    ★

    Heç kəsə Baku Electronics-i məsləhət görmürəm, çünki bu mağaza şəbəkəsi qədər insanı incidən, müştəri ilə məsuliyyətsiz və biganə yanaşan mağaza yoxdur. Onlayn kreditlə telefon aldıq. 1) Gəldi, telefon ayfon idi; üstəlik kamera yeri xarab oldu. 2) Servisə verdik, 20 gündür onlardan nə bir zəng, nə bir xəbər var. 3) 143 qaynar xətt deyilən nömrə isə sadəcə konturdan gedir; operatora dərdini deyirsən, yaxşı deyib yola verir. Xahiş etdiyin işi görmürlər, vatçapda yazırsan nömrə vermirlər. Neçə gündür əsəb keçirmişəm, sizdən telefon aldığım günə peşmanam.

  • T
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən 2026 fevralın 14-də Samsung S24-in pulunu ödəmişəm. Bu gün 2026 fevralın 23-üdür, hələ telefonu təhvil verməyiblər. Belə olmaz, pulu ödəmişəm, mən narazıyam.

  • E
    Elcin 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən Samsung qaz plitəsi almışam. 2 aydır qaz dəmiri sarılıb, yanıb. Servis 21 gündür gəlir, bu gün, sabah gəlir, hələ də yoxdur. 3 ayım qalıb, indi onlar məni axtarsınlar. Əlvida, Baku Elektronics

  • S
    Sabina 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çatdırılma xidməti sıfırdı, sıfır. Zabratdan İnşaatçılar filialına 1 həftədir çatdırılma olmayıb ki, məhsulu götürək, elə bil xaricdən gəlir məhsul

  • T
    Tural 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, sizdən robot tozsoran almışam və sonradan proqramında problem yaranıb. 2 dəfə servisə aparmışam və güya ki problem aradan qaldırılıb, lakin heç nə düzəlməyib. Belə olmaz.

  • A
    Abutalıb 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    27.01.2026 tarixində BE408*** müqavilə üzrə səhvən 2 dəfə (saat 08:32 və 08:47) 69.9 manat ödəniş etmişəm. Nə sorğuma mükəmməl cavab verən var, nə də pul qaytarılır. Mən sizin gecikməsi olmayan müştərilərinizdənəm. Cinayət işi araşdırmaları bundan daha tez başa gəlir. Məmnuniyyət əla idi, artıq müştərinizin məmnuniyyətini itirdiniz.

  • A
    Aytən 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən sizdən bir ay əvvəl paltaryuyan və paltar qurutma almışam. Narazıyam, çünki paltarları necə çirkli atsam, elə də çirk çıxır. Video çəkmişəm. Bunun üçün həm qara, həm ağ paltarları normal yuyur. Şikayətimi də bildirmişəm. LG Think 9 kq-lıq maşın qurudan da normal qurutmur. Satıcı elə tərifləyirdi ki, malı mən alanda necə atıram, maşın paltarları elə də yaş çıxarır. Mən 4000 manatı havaya atmışam, elə bilirəm.

Bələdçi.az saytının Baku Electronics şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Baku Electronics Baku reyler, baku-electronics haqqinda reyler, Baku Electronics shikayet, baku-electronics reyler, Baku Electronics kampaniyalar, Baku Electronics sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Baku Electronics barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq