Kontakt Home haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Kontakt Home haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Kontakt Home barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (125)
-
Salam, mən Kontakt Home-dan kreditlə mobil telefon götürmüşəm, bəzi səbəblərə görə ödəniş edə bilməmişəm, hələ də məhkəməyə vermirlər, hər gün üstünə faiz gəlir. 170 günü keçib gecikmə, hələ də məhkəməyə yönəltmirlər. Nə zəng vurmular, nə xəbərdarlıq etmirlər. Özüm əlaqə saxlamışam, deyirlər, bizdik deyil, bu nə dərəcədə doğrudur.
-
Hal-hazırda Kontaktdayam. Gəncədə Abbas Səhətin yandaki filialda gözləyirəm, bir nəfər olsun yaxınlaşmır, gəlirik deyirlər, 10 dəqiqədir yaxınlaşıb köməklik göstərmirlər. Mən özüm 5 ildən çoxdur müştəriyəm, bu hərəkət bəyənilməzdir.
-
Telefon almışam kreditə, məndən icazəsiz sənədə XL paket əlavə ediblər. Qiyməti də 80 AZN. Müraciət edirəm, heç baxan yoxdur, özüm telefon dükanında işləyirəm, buranın müştərisi olduğuma görə bunlardan götürdüm. Daha burdan heç nə alan deyiləm. Kreditor sənəd rəsmləşdirir, mənə bildirmir ki, paket istəyirsiniz, yoxsa yox, məndən icazəsiz sənə də əlavə edir. Sənədi vozvrat edib yenidən rəsmləşdirmirlər, halbuki bu mümkündür gedəcəm, indi Yasamal filialına müştərilərin yanında hoqqa çıxaracam, qoy hamı bilsin, siz kimsiniz.
-
26.10.2025 tarixində Xalqlar filalındən saat aldım Casio və saatın üzərində orginal olması barədə pasport təqdim etmədilər. Və hal-hazırda saatı qaytarmaq istəyirəm və saatı qaytarmırlar. Özləri üz qoruyucusunu sökərək mənə deyirlər ki, çəkilib, əgər bu zavoddan bu cür gəlibsə, bu mənim günahımdır?
-
Bir sözlə Kontakt Home kasıbların qanın içir.
-
Çox pis. Şikayətə heç baxılmır.
-
Mən ödəniş etdiyim halda sisteminizdə ödəniş edildiyi göstərmir, mənə hər gün cərimə yazılır. Siz öz səhviniz düzəltmirsiniz, 2 gündür qaynar xəttə zəng edirəm, nömrələrinizə yazıram, bu səhfi düzəltmirsiniz.
-
Qiymətləri çox yüksək qoyurlar və ondan əlavə heç bir məhsulu keyfiyyətli deyil, ən aşağı keyfiyyətdə məhsullar satırlar.
-
Bizim Hofman paltar yuyanı 1 aydan çoxdur, sizin servis aparıb, nə gətirin çıxarmır, nə də bir cavab vermirlər. Zəng edirəm, heç bir texniki qüsur aşkarlanmayıb, paltaryuyan paltarları deşib cırıb çıxardı. Buna görə usta göndərdiniz, gəldi, baxdı düzəldə bilmədi, sonra isə servisdən gəldilər, apardılar. Paltaryuyan 2-ci əl imiş, təzə adından satlıb bizə ayıb olsun vallah.
-
Salam. Kontakt Home şirkətinə ünvanlanır! Mən sizin daimi müştərinizəm, hər zaman texnika almaq istəyəndə birinci ağlıma sizin müəssisə gəlib. Nəğd və kreditlə hər zaman sizdən məhsul almışam. Təxminən 2 ay bundan əvvəl mənim bağ evimə kondisioner quraşdırıldı. Gələn usta dedi ki, 2-ci mərtəbə olduğuna görə mənə lesa gətizdirin, amma halbuki 8 metr uzunluğunda pilləkən onların özlərində var və o pilləkən rahatlıqla montaja yararlıdır. Mən 150 AZN verdim, lesa gətizdirdim və usta işini gördü, getdi. Təxminən 1 ay sonra kondisioner soyuq hava vurmamağa başladı və mən Kontakt Home Mərdəkan filialına müraciət etdim. Onlar ayrı usta göndərdi, gələn usta öz pilləkəni ilə məsələni həll etdi və dedi ki, əgər yenə belə bir hal baş verərsə, o zaman bütün borular dəyişilməlidir. 2 gün keçdi, yenə eyni hal baş verdi və mən yenidən Mərdəkan filialına müraciət etdim. Bu gün mənə zəng gəldi, deyildi ki, siz ora yenidən ayaqaltı quraşdırmalısınız. Operator xanım bunu dedi, mən isə bununla razılaşmadım və dedim ki, 2-ci gələn usta ora çıxıb problemi həll edə bilirsə, mən nəyə görə artıq 150 manat verib lesa gətizdirməliyəm? Bu problem 1-ci gələn ustanın işi bilmədiyinə görə olub, nəyə görə mən onun buraxdığı səhvə görə vəsait ödəyib lesa gətizdirməliyəm? Xanım operator mənə dedi ki, siz gətizdirməlisiniz. Mən də dedim ki, o kondisioner düzəlməyənə qədər mən də sizin Kontakt Home-a aid olan kreditlərimi ödəməyəcəyəm. Təşəkkürlər.
Ardını oxu...
Bələdçi.az saytının Kontakt Home şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Kontakt Home Baku reyler, kontakt-home haqqinda reyler, Kontakt Home shikayet, kontakt-home reyler, Kontakt Home kampaniyalar, Kontakt Home sikayet, unvan
Bakıda
