Birmarket (Umico) haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Salam, mən sizdən 2 ədəd avtomobil akustikası sifariş verdim jbl club 622. Qiymətidə 353 AZN. Mənə isə göndərmisiniz jbl stage 2624 qiyməti 228. 125 AZN ucuzuna və keyfiyyətsizinə lazım olsaydı, ucuzunu elə özüm sifariş edərdim də, bu nə biabırçılıqdır ki? Xahiş edirəm, mənimlə əlaqə saxlayıb bu məsələni yoluna qoyun
-
Aldığım məhsul geri qaytarmağa verdim, 14 gün içində baxılacaq dedilər amma 1 ay keçməsinə baxmayaraq məhsul haqqında heç bir xəbər yoxdur.
-
Onlayn dəstək cavab vermir. Bu sayt biyabırçılıqdır.
-
Üç gündür gözləyirəm ki, çatdırılma xidməti malı təhvil məntəqəsinə çatdırsın.
-
Məhsul sifariş verdim. Kuryer zəng edib “gəlirəm” dedi, amma gəlmədi. Şirkətə dəfələrlə zəng etdim ki, kuryer mənimlə əlaqə saxlasın, amma heç bir geri dönüş olmadı. 3 gündür sifariş çıxıldığı halda gəlmir. Hər operator ayrı-ayrı söz deyir. Çox məsuliyyətsizdirlər.
-
Qabyuyan maşın sifariş etmişəm, 5 gündür nə sifarisi çatdırırlar, nə maraqlanırlar, zəng edirəm, istəyirsiniz, ləğv edin, deyirlər, bu nədir, nə deməkdir?
-
В первый и прследний раз заказываю тут. Позорище - куда смотрит регуляторы. Доставка не сделана вовремя, на попытки дозвониться отвечают, что перезвонят и не перезванивают. Если не доставят товар я буду писать жалобу в общество зашиты прав потребителей, если дозвонюсь))
-
Salam, outlet telefonu almışam, Redmi Note 13. Telefonu aldığım gün açmaq istədiyim halda məndən nişan çəkməyimi və Gmail hesabı tələb edildi. Mən isə dərhal əməkdaşlarınızla əlaqə yaradıb problemi izah etdim və onlar diaqnostikadan keçəcəyini dedilər. Hal-hazırda mənə zəng edib 2-ci əl telefonun açılmama səbəbinin guya mənimlə bağlı olduğunu bildirdilər. Necə yəni mənimlə bağlı ola bilər? Məndən öncəki istifadəçisi telefonu format edib sizin əməkdaşlara təqdim edib, parolu və Gmail hesabını isə silmədən satışa vermisinizsə, mən niyə sizin probleminizi öz üzərimə götürməliyəm? Bu, fakt olaraq sizin məsuliyyətsizliyinizdir, müştərinin yox.
Ardını oxu... -
Salam, mən ayın 17-sindən pişik yemi sifariş vermişəm, amma gəlməyi ilə bağlı yazıram, köməklik göstərilməyib. 915-ə də yığırıq, 24 saat içində əlaqə saxlayacağıq deyirlər, amma hələ bir zəng gəlməyib. Xahiş edirəm, bir köməklik göstərin.
-
Cavab yazmırsınızsa ümumən yazmayın, bu nə deməkdir ki, birinə yazırsınız, birinə yox, biz də işimizi bilək və nə yazaq, nə narahat qalaq!
Bələdçi.az saytının Birmarket (Umico) şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Birmarket (Umico) Baku reyler, umico baki haqqinda reyler, Birmarket (Umico) shikayet, umico reyler, Birmarket (Umico) kampaniyalar, Birmarket (Umico) sikayet, unvan
Bakıda
