Birmarket (Umico) haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Birmarket (Umico) haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Birmarket (Umico) barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (111)
-
Malı endirimdə almışdım, yerinə daha ucuz model göndərib 400 AZN əlavə ödəniş istədilər. Dedilər ki, kimə istəsəz şikayətlənin.
-
Работать вообще не могут. То заказ регистрацию не прошел. Делаешь заказ, каждый день завтраками кормят. То не понос то золотуха. То дороги у них закрыты, то с логистикой проблемы. Не можете работать, так закройте компанию.
-
Məhsul almışam 4 gündür çatdırılma edə bilmirlər, kuryer gəlir, məhsul isə maşında olmur. Eyni səhv dəfələrlə demək ki, məsuliyyətsizlikdir bu.
-
Sifarişi əsla vaxtında çatdırmırlar. 15.00-18.00 gəlməli idi, heç nə də gətirmədilər, deyirlər kuryedədi.
-
Mən 3 məhsul sifariş vermişdim. 3 məhsuldan seçdiyim vaxta 18:00-21:00 yalnız 1 məhsulu gətirdilər. 2 məhsulu isə sabaha saat 18:00-21:00 keçirdilər. Servis 0! Bəlkə mən seçdiyim gün yalnız götürə bilərəm məhsulu. Səhər vaxtlarına istədim, dedilər ki, gecdi, 18:00-21:00 dək çatdırılacaq. Mən indi o vaxta oturub unvanda onları gözləməyəm? Umico olanda belə servis problemləri yox idi. İndi 0-dılar.
-
Məhsul aldım, öz səhvləri olmağına baxmayaraq məhsul geri qaytarılmadı.
-
Birmarket onlayn mağazasından adapter şnuru almışam. Məhsul istifadə zamanı nasazlıq göstərmiş, gah işləyir, gah da ümumiyyətlə enerji ötürmür. Mən dərhal mağazaya müraciət etmişəm və məhsulu geri qaytarmışam. Satıcı əvvəlcə bildirdi ki, “adapter başlığında problem yoxdur, bəlkə sizdə nasazlıq var”, sonra isə məhsulun yoxlamaya göndərildiyini və 3 günə cavab veriləcəyini dedi. Lakin artıq 4 gündür cavab verilmir, indi isə “14 gün ərzində baxılacaq” cavabı verirlər. Bu yanaşma qanunsuzdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı distant qaydada aldığı məhsulu 14 gün ərzində, heç bir səbəb göstərmədən, geri qaytara bilər. Satıcının bu müddəti “yoxlama müddəti” kimi təqdim etməsi və pulu qaytarmaması qanun pozuntusudur. Şəkildə işləməməsini göstərmişəm, amma müştəriyə deyirlər diaqnostika olunacaq. Çeki hamısı var.
Ardını oxu... -
Cox bərbad məhsulları var, aldığın şeyi də geri qaytara bilmirsən, heç kimə tovsiye etmirəm.
-
Çox bərbad mağazadır. Satıcılar fırıldaqçıdır.
-
Sifariş verilib, yazılib ki, 15-18 saatlar arası sifariş gələcək, saat 20:30-dur, sifariş gəlmədi. Zəng vururam, deyillər kuryerdədir, gəlir. Nə kuryer gəldi, nə səs çıxdı. Zəng vururam, deyirlər yönəldiblər. Kimə yönəldiblər? Qaldım belə. Umico olanda neçə dəfə sifariş vermişəm, heç vaxt belə hallar olmayıb. Bir market olandan sonra zibil oldu. Hələ məni də borclu çıxarırlar!
Bələdçi.az saytının Birmarket (Umico) şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Birmarket (Umico) Baku reyler, umico haqqinda reyler, Birmarket (Umico) shikayet, umico reyler, Birmarket (Umico) kampaniyalar, Birmarket (Umico) sikayet, unvan
Bakıda
