Birmarket (Umico) haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Birmarket (Umico) haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Birmarket (Umico) barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (111)
-
Artıq tam 16 gündür ki, karqolarım gəlib çatdırılma məntəqəsində gözləyir və hələ də kuryer çatdırılma etməyib, günlərdir dəfələrlə zəng etmişəm, sorğu yaratmışam, məni ancaq yola verib bu gün sabah çatdırılacaq deyərək keçiriblər. Bu gün yenə özüm zəng etdikdən öyrənirəm ki, karqom yanlış və uzaq bir məntəqəyə "səhvən" aparılib ona görə kuryer yaxındakı məntəqədən dəfələrdir kargonu götürməyib. Bu nə dərəcə məsuliyyətsizlikdir? Onlarla dəfə zəng etmişəm, yenə özüm zəng etdikdən artıq mənə bu xəbəri bildirirlər, hələ bir gedib o uzaq məntəqədən də özünüz götürün istəyirsinizsə deyilir. Davamlı olaraq online alış-veriş edən birisiyəm, həyatımda bu qədər məsuliyyətsizlik edən başqa bir daşıyıcı firma görməmişəm!
Ardını oxu... -
Qətiyyən Umico-dan heç nə almayın! Başqa mal gəlib, keyfiyyətsiz. Mal geri qaytarılıb, lakin bir aydan çoxdur pulu qaytarmırlar.
-
Şikayetim odur ki, tozsoran almışam, 1 il zəmanət verilib, indi də xarab olub, düzəlmir, təzəsini vermirlər.
-
Qiymətinin haqqını verəcək məhsullar deyil. Mən şikayətçiyəm, satıcıdan mənə yanlış məhsul verib və hamam otağının mərmarını bərbad günə salıb məhsul. 3 dəfə mərmər üçün məhsul olduğunu soruşdum, satıcı beli mərmər üçün istifadə edə bilərsiniz dedi. Zəhmət olmasa ciddi nəzərə alınsın.
-
05.04.2025 Umicodan ekşn kamera insta 360x4 aldım. 18.04.2025-də kamera işləmədi. 22.04.2025-də umico marketin tədbiqində qeri qaytarmaq üçün müraciət yaradılıb. Kuryer vasitəsi ilə kameranı götürüblər. Umiconun daxili qaydalara görə diaqnostikaya göndərilib və 14 iş gün ərzində nəticəsi barədə məlumat verilməlidir. Artıq 3 aydan çox vaxt keçib, heç bir məlumat vermirlər. Birmarket Whatsappa müraciət olunanda, işçilər gözəl cavab verirlər ki, müraciətiniz müvafiq şöbəyə yönəldirilib, sizi ilə qısa müddət ərzində əlaqə saxlanılacaq, lakin heç kim əlaqə saxlamır, müştərilərə qarşı münasibət məsuliyyətsizdir, birmarketin müvafiq şöbələr whatsappda qeyd olunan müraciətlərlə maraqlanmır, yəni məhsulu alana qədər sən yaxşısan, məhsulla bir problem çıxıbsa başlayırlar yola verməyə uzada uzada, gözəl danışa danışa yola verirlər, nəticədə isə real heçnə olunmur. Daxili qaydalar yaradıblar, amma onlar yalnız kağızda. Bir ayda çox yazmışam ki umiconun şikayət şöbəsində mənimlə kimsə əlaqə yaradsın, cavab yazırlar şöbəyə yönəltmişik, və onunla iş bitir. Umiconun məsul şəxslər heç müştərinin problemləri ilə marağlanmır. Mən özüm müharibə veteranıyam, və onlara bildirmişəm ki məsuliyyətsiz yanaşmayın. Lakin umico qaziyə, müharibə veterana bu cür məsuliyyətsiz yanaşırlarsa, onda sadə müştərilərin vəziyyəti çox ağlamalıdır. Əgər bu yorumu oxuyan varsa mənə inanın, çalışın birmarketlə alış veriş etməyin, məhsul qüsurlu çıxsa sizə kömək olunmayacaq. Onlar üçün müştəri yalnız puldur, müştərinin problemi onlar üçün deyil
Ardını oxu... -
Diqqət diqqət. Bir Electronic, Euroshop çox məsuliyyətsizdir, məhsul yığılır, amma gəlmir, umicodan ən azı 5000 aznlıq alış-veriş etmişəm, belə hal olmamışdı. Bunların reytinqləri də düşmür, lazım olan yerlərə deyəcəm, bunların arxasından umico işçi xəyanəti çıxacaq, əminəm korrupsiya, işçi təcrübəm bunu deyir.
-
Umikodan aldığım malı geri qaytarım edə bilmirəm, artıq 4 gündür. Dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir tədbir görülmür.
-
Qətiyyən almayın Umicodan heç nə, əsas da elektronik məhsulları, xarab çıxsa, üstünüzdə qalacaq. Çox səviyyəsiz şirkətsinizmiş. 11 manata görə hər şeyə əl atırsınız. İşləməyən qulaqlığı, guya 1 ay yoxlamaya verdiyimdən sonra, işləyir rəyi yazırsınız. Dünən getdim əməkdaşınızın yanında yenə yoxladım, göstərdim ki, işləmir, o da təsdiq etdi. Zəng etdi, harasa dedi ki, yoxlayırıq müştəriylə, işləmir. Nəsə dedilər telefonda ona, o da mənə dedi ki, bura imza atın, şikayətinizi yönləndirirəm. Məhsulu götürüb aparmalısınız, qaynar xəttə zəng edin, bir də yoxlanılsın. Mən də imza atdım. Sən demə məni aldadıb, evdə baxıram, kağıza yazılıb ki, məhsul işləyir, mən də bununla razıyam. Belə hərəkəti özünüzə yaraşdırırsınız? Mənim 11 manatıma ehtiyacı var şirkətinizin?
Ardını oxu... -
İyun ayının 4-dən mən mal qaytarmışan, iyulun 10-dur, mənə hələ də 14 iş gününü gözləyin deyirlər. Hələ də diaqnostikadadır deyirlər, xarab aparat veriblər, heç işdəmirdi, bir gün olmamış qaytardıq, hələ də pulumu ala bilmirəm. Bəhanələrdən bezmişəm, adam aldadırlar, 1 aydan çox. Qaytarılma vaxtı olur, ev zaddır bəyəm bu.
-
Ужас, просто ужасно работают
Bələdçi.az saytının Birmarket (Umico) şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Birmarket (Umico) Baku reyler, umico haqqinda reyler, Birmarket (Umico) shikayet, umico reyler, Birmarket (Umico) kampaniyalar, Birmarket (Umico) sikayet, unvan
Bakıda
