Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Dəlixana. Bir nömrə yoxdur ki, əlaqə saxlansın. Operator artımına ehtiyac var.
Salam, 5 aydır telefon götürmüşəm, HONOR ×8 500 manatlıq telefonu mənə 1057 manata yazıblar, onun da qızıl zamanətlə almışam, telefonun ekranı sınıb apardım, düzəltmədilər, ödənişi də etmirəm, indi telefonun İMEİ kodunu söndürüblər.
Sevimlicin adında yersiz bir tarifə qoşmuz məni. Kimdən icazə aldınız? Dələduzluqdur bu! Bu tarifi necə bağlayım? Və yaxud mən heç bir tarifin olmağına istəmirəm, məcburam hansısa tarifdən istifadə edim.
Sifariş verdim, sifariş inşaatçılardan shaurma n1-dən götürüməliydi, kuryer gec təyin olundu və həmin kuryer təxmini olaraq nizami metrosunun yaxınlığındaydı və hərəkətsiz Bir nöqtədə qalmışdı. Gözlədim sifariş hazır oldu, amma kuryer yenə də hərəkət etmirdi, Bir qədər gözlədikdən sonra kuryerlə əlaqə saxlamağa məcbur oldum və bu zaman kuryer bildirir ki, motonun təkərində problem var, onu düzəltdirməyə gedirəm, başqa kuryer təyin etsinlər. Deyirəm, a kişi onsuz da o yemək soyuyub, artıq sən otkaz ver ki, başqası təyin olunsun. Bir müddətdən sonra otkaz verdi. Yeni kuryer də qida hazır olandan 40 dəqiqə sonra zəng edib ki, çatmışam və mən haqlı olaraq o qidanı qəbul etmədim. Çünki bolt foodun qeyri-peşəkarlığına görə o soyumuş qidanı yemək məcburiyyətində deyiləm və üstəlik operator da məni günahkar hesab edərək ödədiyim məbləği geri qaytarılmayacağını bildirir.
Ardını oxu...1 ulduzda düşmür. 53 dəqiqədir gözləyirəm. 4-cü sırada idim. Zəng edirəm açmırlar, çox pis karqo şirkətidir. 7 AZN 95 qəpik konturumu yedilər. Halal xoşum olmasın, o yediyiniz kontur.
Ay insanlar telefonu niyə götürmürsünüz, nə cür adamsınız?
Bakcell-in operatorlar, əlaqə saxlamaq istəyirəm, artıq 10 dəqiqədən çoxdur gözləyirəm, dəfələrlə olub 15 dəq gözləmişəm. Müraciətimi budur ki, bu qədər vaxt gözlətmək düz deyil, mümkün olarsa qarşısını alınar bunun. Təşəkkürlər.
Salam. Bu gün taksi sifariş verdim və 10 saniyə çəkmədi, ləğv etdim. Amma mənim kartımdan 2.92 AZN pul çıxdınız. Səbəb? Getmədiyim sifarişə görə niyə pul tutırsınız?
Salam, mən sizin daimi müştərinizəm, amma mənim sizdən narazılığım var, çünki məni sizin qızıl zəmanətə görə təmir şövbəniz məni aldadıblar, xahiş edirəm rəhbərlik səviyyəsində mənimlə maraqlanasınız
Salam. Balansımda 4 Gb internet ola-ola heç cür istifadə edə bilmirəm. Bakcell tətbiqinə wifi-la belə qoşula bilmirəm. Zəng vururam, 30 dəq gözlədim, operatora qoşula bilmədim, nə sıra nömrəsi deyirsiniz, nə məlumat verirsiniz. Abunəçi̇ləri̇ni̇zə QARŞI HÖRMƏTSİZLİK GÖSTƏRİRSİZ! Mən AZERCELLƏ pis işləyir, deyirdim, 1000 dəfə sizdən yaxşıdır!
İnsanların cibinə girirsiniz, oğurluqla məşğulsunuz, internet paketi bitən kimi balansdan 6 AZN çıxıldı, guya internet işlətmişəm, heç 1 dəq çəkmədi, paketin bitməyib, necə ola bilər?
5 gündür 3d aktivasyon onay kodumu gmail ünvanıma gəlməsini tələb etdim, hal-hazırda xaricdəyəm, romingdə heç kim baxmır, hər dəfə də "aidiyyəti üzrə göndərdik" deyib dururlar, heç kim bilmir və başdan edir bütün işçilər. Bu necə bankdır, alt üstü bir kod göndərməkdir, hara müraciət edəcəyimi bilmirəm artıq.
Noyabrın 7-dən mənim depositə qoyduğum məbləğdən 60 AZN tutulub, şikayətimə baxılmır, sistemdə boşuna sorğu yarandığı bildirilir. Halbuki heç bir nəticəsi olmur, səbəb müqavilədə yazılmayan nüansa görə mənim deposit məbləğimdən 60 AZN oğurlayıblar. Deyirlər ki, bizim öz daxili sənədlərimizdə var, müştəri hardan bilməlidir sizin daxili sənədləri? Sistemdə boşluqlarınız var, ui ux dizaynlarda boşluqlarınız var, bunun günahı müştəridə deyil, çox yanıldım Leobank haqqında, ümid edirəm, nəhayət bir gün səbəbsiz yerə balansımdan tutulan 60 manatım geri qaytarılacaq!
Ardını oxu...24 noyabr 2024-cü il 07:21-də internetin ödənişin etdim, ancaq internet yoxdur. Belə hallar əvvəlki aylarda da baş verirdi, müəyyən olunmuş nömrələrə zəng edəndən sonra (bir gün sonra) düzəlirdi. 2-ci günü keçir, hələ də internet yoxdur. Belə olan halda mənim üçün ayrılmış internet xəttinin dayandırılmasını sizdən xahiş edirəm.
Salam. 24.11.2024 tarixində saat 12.47 radələrində nefçilər metrosu tərəfdə yerləşən KFC filialınızdan Tvister Family sifariş vermişəm. Lavaşı çox yandırmışdılar və yanıq dadı çox pis halda hiss olunurdu. Sizin kimi dünyaca meşhur bir şirkətə bunu yaraşdırmadım.
Постоянно списываются деньги, ничего не подключаю. Дозвониться невозможно до вас баксель. Это отвратительно и неуважительно к вашим клиентам.
Заблокировали карту уже 4 дня, не предупредив, по каким-то техническим причинам. Оставили меня без средств. Подала жалобу в полицию
Bir neçə nömrə qeyd etmisiniz sosial şəbəkələrdə, amma heç birinə cavab vermirsiniz? Nə sualımız olsa, hara müraciət etməliyik?
Nar full 10 paketi əvvəllər normal idi və qiyməti 9 AZN təşkil edirdi. 1 ay internetdə çatırdı dəqiqədə. İndi qiymət 10 AZN olandan bu yana heç kim 2 gb-la ayın sonuna çatmır. Su yerinə gedir mb-lar. 2-3 dəfə paketi yeniləməli oluruq. Bu cür dələduzluq və oğurluqlara görə nömrəm dəyişəcəm ya sim ya cinə keçəcəm. Sizin şirkət camaatı doluyub.
Noyabırın 18-dən paltar yuyan almışıq və çatdırılma edilib. 4 gündü bir usta göndərə bilmir Baku Electronics ki, bu paltar yuyanı quraşdırsınlar. Mən başa düşmürəm, paltarlarımızı gətirib mağazada yumalıyıq Baku Electronics-in ustası gələnə kimi? Dəhşət zəhləm getdi bu firmadan. Servis 0. 0-dan da aşağı rəqəm olsaydı onu yazardım.
Rəylərin bir neçəsini oxudum, demək olar ki, şikayət edənlər sərnişinlərdir. Mən bir sürücü kimi fikrimi bildirmək istəyirəm. Sürücülər mütləq imtahan verməli alko-narko analiz yoxlama, danışıq yəni sərnişinlə rəftar və maşın sürmə imtahanından keçməlidirlər mütləq şəkildə və ən vacibi pulsuz keçməli imtahandan qanuni şəkildə. Nə qədər ki, bu ölkədə rüşvət alıb narkoman, alkaşa, danışıq qabiliyyəti olmayan, sərnişinlə adam kimi rəftar etməyi bacarmayan rüşvət alıb maşın veriləcək və ya lisenziya veriləcək, bu belə də davam edəcək. Mənim maşınım 2013 cü ilin maşınıdır bir çox təzə maşınlardan rahat, dözümlü, komfortlu və hər zaman təmizdir ən önəmlisi isə təhlükəsizdir. Özümdə 30 ilin təcrübəli sürücüsüyəm bir dəfə belə olsun qəzam olmayıb. Yəni demək istəyirəm ki, mənim kimi sürücülər kölgədə qalıb, Bolt şirkəti təcrübəli sürüculərə yox narkomanlar üstünlük verir çünki onlar robot kimi işləyir arada şirkət qazanır ama milləti fikirləşmir şirkət. Mən artıq 3 gündü Boltda çalışa bilmirəm, Bolt şirkəti deyir ki, 2013 ilin maşını köhnədir gedin özünüzə təzə maşın alın. Mənim kimi professional sürücüləri artıq taksidə görməyəcəksiz, yalnız narkomanlarla rastlaşacaqsız. Əziz sərnişinlər (müştərilər) yaxınlarıvızın canını təhlükəyə atmayın, tələb edin tələbkar olun. Bolt şirkətinə istefa deyək ya da normal sürücü, eybi yox köhnə maşın olsun əsas odur ki, sürücü təcrübəli olsun, narkoman olmasın. Allaha əmanət olun
Ardını oxu...1) Нагло крадете денег у своих пользователей, втихаря подключаете платные сервисы 2) Связаться с вами очень трудно. Если звонить, заставляете ждать час в очереди, тратишь денег пока ждешь опять же. Пишешь в чат, опять же очередь, могут через час ответить. Получается, каждый кто пишет вам, должен сидеть перед компом и ждать, пока вы соизволите ответить... через час, два, а может и три. 2) Через приложение хочу зарегистрироваться. не приходит код подвтерждения на номер. 3) Невозможно проверить баланс. Или платно, а набирая код, опять же невозможно получить информацию 4) Тарифы очень дорогие
Ardını oxu...Altes plazadakı Grandmart kassirləri çox kobuddurlar və pullarımı dəfələlərlə əskik qaytarırlar və aqressiv danışırlar. Və heç bir yetkili şəxs yaxınlaşıb bir söz demir!
Müştərinin xəbəri olmadan. Xidmətə qoşub hər gün 0.29 qəpik çıxırsınız. Heç bir əlaqə nömrəniz işləmir, daha döğrusu cavablandırmırsınız. Email ilə də şikayət ünvanlamışam. Heç bir cavab ala bilməmişəm, Sizin özbaşına olaraq sevimli cin xidmətinə nömrəmi qoşduğunuza görə hər gün vəsait çıxırsınız. Bunu necə ləğv etmək olar?
Sizə kim icazə verib anlamıram, özünüzdən mənə internet paket açmısınız? Hər dəfə pul çıxırsınız məndən. Mən bağlayıram, siz öz başınıza yenə açırsınız. Bu nə deməkdir? Qıraq tullayaq nömrəni?
Problem 2-3 aydır düzəlmir. Yəqin Kartda olan pulları 2-3 fırladıb pul qazanırlar. Ya tətbiqi düzəldin, ya da pulları qaytarın! Özbaşınalıqdan başqa bir şey deyil bu.
Çox bərbad. Çox peşmanıq bundan istifadə etdiyimiz üçün. Hər ayın 2-3 günü internet işləmir. Ayda 3m kontur da qaynar xəttdə istifadə edirəm.
Azeronline cavablayır:
Salam. Belə bir hal ilə qarşılaşdığınız üçün təəssüf edirik.Zəhmət olmasa abunə kodunuzu qeyd edin sizə dəstək olaq.
"Bugün saat 5 radələrini Naxçıvanda boltdan istifadə etdik. Yazıb narahat edir, sürüşlə bağlı lazımsız məlumatlar verib narahat edici sözlər deyir."
— Nəzrin
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline cavablayır:
Salam. Sizə kömək edə bilməyimiz üçün abunə kodunuzu qeyd etməyiniz xahiş olunur.