Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Ərazidə iş gedir. Ya generator qoşun, ya da UPS qoyun. Hər dəfə eyni problem yaşanır; çox güman, gələn ay xidmətdən çıxacağam.
-
Az öncə Babək prospektindən Ağa Neymətulla 40 ünvanına taksi sifariş etdim. Sifarişdə 2.50 AZN göstərilirdi. Sürücü məni yolda yarımçıq düşürdü və 5 AZN verdim; "xırdam yoxdur" dedi. Xahiş edirəm, bununla bağlı tədbir görülsün.
-
Salam. Mən Baxışov Rövşən Elbəyi oğlu, İmişli rayonu, Depo küç., yaşayan şəxsəm. 2021-ci ildə İmişli rayon mərkəzi poçtunun Aztelekom sahəsinin müdiri Teymur müəllim Qarayevə internet çəkdirməklə bağlı müraciət etdim. Pandemiya dövründə onlayn dərslər üçün internet lazım idi. Mənə bildirdi ki, dəmiryolun ərazisidir və ora xətt çəkmək mümkün deyil; 280 AZN ödəsəm hava xətti quraşdırılacaq. Maddi imkanım olmadığını deyib məbləği hissə-hissə ödəmək istədim, lakin qəbul etmədi. Nəticədə borc alıb ödənişi etdim və xətt çəkildi. İnternet xəttimin nömrəsi və əlaqə nömrəm kimi şəxsi məlumatları burada paylaşmıram. Hazırda internetim ləğv edilib və 1 aydır məsələ həll olunmur. Xahiş edirəm, internetimin bərpasına və ya ödənişimin geri qaytarılmasına kömək edəsiniz.
Ardını oxu... -
İnternet yoxdur.
-
Salam. Saray 2 saylı məktəbin yanında olan Oba Marketdən şikayətçiyəm. Nə vaxt gedirsən, baxan olmur. Bu gün pişik üçün yemək soruşdum; xanım içəridə telefonla məşğul idi. Yaxınlaşması üçün 5 dəfə fırlanıb tapa bilmədim — xanım yaxınlaşmadı. Özüm tapıb kassaya yaxınlaşdım, gəldi. İradımı bildirdim, çox sayğısız yanaşdı, mənə qulaq belə asmadı. Bununla bağlı tədbir görülməsini xahiş edirəm. Sağ olun.
-
Salam. Rabitəbank kredit ödənişlərində səhvlərə yol verir, bank səhvinə görə gecikmələrə düşürəm. Vaxtında, dəqiq kredit ödəyən müştərəyəm, gecikmə etmirəm. Bu haqda kim mənə kömək göstərə bilər? Bezmişəm də, artıq bu bankın əlindən ödəniş edirəm, düşüb bank işçisi axtarıram. Filialdakı kreditimi silin, gecikməyə düşməyin, sistem avtomatik deyil.
-
Salam. Sizin Şüvəlan filialının insanları ələ salır. Sifariş verib gördüm ki, məsafə uzaqdır, çatdırılma olmur. Sifarişi geri qaytarmaq üçün müraciət etdim. Hələ sifariş təzə idi, hazır etməmişdilər. Amma gecikdirib cavab vermədilər. Sonra da dedilər ki, sifariş hazırdır. Nömrə istədim, işlək olmayan nömrə verdilər. Ödəməni geri qaytarmalarını tələb etdim. Heç bir xəbər gəlmədi. Sonra başqa nömrə verdilər. Onu da açmadılar. Bu qədər də olmaz. Şikayətçiyəm. Millətin pulunu alıb cavab vermirlər. Fırıldaqçılıqdır. İndi rəy yazıram, amma başqa qurumlara da şikayətimi bildirəcəyəm.
Ardını oxu... -
28.03.26. 2 GB internet ola-ola internet işləmir. Bakdelin deyir ki, bizdə profilaktik işlər gedir. Siz iş günləri işləmirsiniz. Bayramda işləyirsiniz. Bilə-bilə edirlər ki, yenidən pul yüklənsin. Tarif yenilənsin.
-
Salam. Siyəzən rayonu H. Talıbov qəsəbəsində yerləşən OBA marketin əməkdaşları və rəhbərindən şikayətim. Hər alış-verişdə xırda qəpiklər qalır ki, onu nə işçilər qaytarır, nə də biz tələb edirik. Dəfələrlə olub, bu hal (1_2_3_4_5_6_7) qəpiklər qalır, etiraz etmədən tələb etmirik. Bir ailə olaraq bütün bazarlığı həmin OBA marketdən edirik. Dünən 0.20₼ qalıq qaldığı üçün mənə batareyanı vermirdilər. Rəhbər xanıma deyildi, o da minnətlə dedi verin, gətirib verər. Elə bil 0.20₼-a acıqıq. Hətta orada bildirdim ki, yaxın yaşayırıq, hər dəfə bazarlığa bura gəlirəm, gecdir, axşamdır, səhərə keçib verərəm; minnətlə xanım dedi verin. Niyə bəs bizim qalan qəpiklər nəzərə alınmır, verilmir? Nə səbəbdən böyük bir puldan getmir söhbət, amma təsir edir. Köhnə kollektiv yenisi ilə əvəz olunsa da, içi, rəhbər qarışıqdır, hələ də yaxşı deyillər. Xahiş edirəm, belə hərəkət insanlarda aqressiya yaradır, işçiləri lazım olan qədər kurslara dəvət edin, maarifləndirmə aparın.
Ardını oxu... -
İnternet işləmir. Əlaqə saxlamaq olmur, nömrə yoxdur.
-
Довольно хороший необанк нашей страны, с очень хорошей, быстро отвечающей поддержкой, возникли проблемы с Mygov при заказе, сразу вывели на оператора, и он помог, лично пользовался и BirBank, и ABB, но больше всего понравился именно Лео
Tərcümə et
-
Salam. Bu gün mən 2 pizza sifariş etdim. Sifarişlərdən biri Domino’s Pizza tərəfindən gecikməyə görə hədiyyə olaraq təqdim edilməli idi. Lakin ikinci pizzanı sifariş etmək istəyəndə sistemdə “Siz artıq sifarişinizi istifadə etmisiniz.” kimi bildiriş çıxdı. Mən sifarişi təsdiqlədikdən sonra da eyni məlumat göstərildi ki, guya hədiyyə pizzadan istifadə olunub. Halbuki həmin hədiyyə pizzanın istifadə müddəti 2 aprel tarixinə qədər idi. Biz məsələ ilə bağlı operatorla 3 dəfə əlaqə saxladıq və şikayətimizi bildirdik. Buna baxmayaraq, nə pizza göndərildi, nə də bizə düzgün məlumat verildi. Bildirildi ki, məsələ Nərimanov filialına yönləndiriləcək, lakin bununla bağlı da heç bir geri dönüş olmadı. Xahiş edirəm, məsələ araşdırılsın və problem həll edilsin. Zəhmət olmasa, müştərilərinizin xahiş və istəklərini cavabsız qoymayasınız.
Ardını oxu... -
24 fevralda Birmarketdən (Tekno) telefon aldım. Təxminən yarım saat sonra Bakcell nömrəsinin işləməməsinə görə geri qaytarma etdim. 25 fevralda telefonu diaqnostika üçün məndən götürdülər. 13 martda “3–5 iş gününə təhvil veriləcək, qüsur yoxdur” dedilər. Nəticədə nə pulumu qaytarırlar, nə də telefonu təhvil verirlər; hər gün fərqli cavab verirlər. Bu mağazadan alış etməyi tövsiyə etmirəm.
-
Salam Mən Xırdalandan sifariş vurmuşam. Sürücü sifarişi götürüb nə zəngi açır, nə mesajlarıma baxır. Mən artıq neçə dəqiqədir ki, soyuqda dayanıb gözləyirəm. Atqaz da vurmur ki, sifarişi başqası götürsün. Şikayətçiyəm. Şəkildə məlumatlar əks olunub.
-
0 xidmət. 5 manata Cola nədi, Gənclikə özdə, insafınız olsun!!
-
İnternet bərbad vəziyyətdədir. Mən belə interneti həyatımda görməmişdim. Elə bil Afrikadan qoşuluram internetə. İnsanlığınız olsun. Aylıq 25-30 manat alırsınız, normal internetinizi verin, camaatın haqqına girməyin.
-
22 mart, 20:50 uçuşunda yoldaşım və digər 4 nəfərə heç bir xəbərdarlıq edilmədən uçuş qapısı dəyişdirildi. Sonradan yoldaşım bileti öz hesabına alıb. Niyə görə siz dəymiş ziyanı ödəmirsiniz? 262 manata yenidən bilet alınıb. Yüksək təzyiq xəstəsi olan adamın həm sağlamlığı ilə, həm də əsəbləri ilə oynamaq olmaz.
-
Çox keyfiyyətsiz və yalan vəd verən şirkətdir. Qaynar xəttə zəng edirsən, əməkdaşlar çox mədəniyyətsiz şəkildə danışır, sözü tamamlamamış dəstəyi yerə qoyurlar. Yalanla 48 saat deyib vəd verirlər. Bir sözlə işiniz Çoooox keyfiyyətsizdir.
-
4 dəfə zəng etmişəm, yarımçıq söndürüblər, heç düzgün hərəkət deyil, səhv bir dəfə olar.
-
77 UZ 968 Şahid adlı ağzının danışığını bilməyən sürücü. Ağzı isti yerdədir, telefonunu da açmır. Allaha tapşırıram...
-
İnteraktiv lövhə alacaqdım, Birmarketdə 56% endirim görüb aldım, ödənişi etdim, səhəri gün yazdılar ki, üzrü sayın, stokda qalmayıb. Halbuki mağazada stokda var yazırlar. Bu texniki səhv ola bilməz, dələduzluq sayılır: ödənişi alıb başqa məqsədlər üçün istifadə edib sonra qaytarmaq. Böyük ümidim vardı, Birmarketə, amma heyf ki, heyf.
-
Mənim kartımdan durduq yerdə 5 AZN 49 qəpik çıxdı, geri qaytarılsın.
-
KFC Park Bulvarda aparatdan sifariş verirdim. Pul çıxdı, amma sifariş xəta verdi. 10 dəqiqəyə geri qayıdacağını dedilər. 3 gündür nə zəng var, nə əlaqə var, nə də geri ödəniş. Bu da KFC müştəri məmnuniyyəti.
-
ABB-dən şikayətim budur ki, kartımı bloklayıblar və açmırlar, borcum olmasına-olmasına kartım blokdan çıxarılmır, 4 gündür də çıxarılmır, [redaktə olundu] mənim də balam var, bunlar hara baxır, niyə susublar, kimə şikayət edirəm, özbaşınalıq edirlər, özlərindən başqa heç kimi vecinə almırlar.
-
Qəbələ Vəndam işçiləriniz müştəri ilə maraqlanmırlar. Çox kobud, bir malı kassaya iki dəfə vurub əlavə ödəniş istəyirlər. Kassaya malı verəndə çağırıb gətirirlər, minnət edirlər adama.
-
11 manat yüklədim, daim onlaynı aktiv etmək üçün SMS göndərdim. Tətbiqdə nə məbləğ, nə də ki MB, yəni internet paketi görünmədi. Təkrar çıxıb təkrar tətbiqə balansı yoxlamaq üçün girdim, mənim balansımdan 8 manat çıxıldı. Tətbiqdə onlayn çatda şikayət etsəm də deyirlər ki interneti aktiv etməmisiniz, ona görə pul çıxılıb. Oradakı operatoru başa sala bilmədim ki mən aktiv etmək üçün SMS göndərmişəm, tətbiq gecikib, yəni mənlik deyil, yəni ordakıların vecinə deyil.
-
Bu nə şəbəkədir, hər gün internetə girəndə 20 manatımı soyurlar.
Ən çox şikayət olunan şirkətlər
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirkətin səhifəsinə keç
— Murad -
"Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за ..."
Şirkətin səhifəsinə keç
— [email protected] -
"Çox bərbad xidmət də, internet sürəti də. Boşuna pul ödənilir. Hər danışanda internet donur."
Şirkətin səhifəsinə keç
— Nura -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirkətin səhifəsinə keç
— Роман
