App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Oba Market
Oba Market

Oba Market haqqında şikayətlər və rəylər

Supermarket Supermarket
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Oba Market haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Oba Market barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (82)

5 ★
2%
4 ★
1%
3 ★
7%
2 ★
5%
1 ★
70%
  • ★
    ★
    ★
    ★
    ★

    Salam. Müşfiqabad 14 mağazasından məhsul aldım. Kassada baha çıxdı. Kassir "Şirkətindi, problem bizim deyil, cibimə gedmir, şirkətə gedir, xoşun gəlmir, alma" dedi. Zəhmət olmasa tətbiqə baxasınız. 3-4-cü hallardır belə rastlaşıram.

  • U
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Xətai rayonu, 59 nömrəli məktəbin yanında yerləşən Oba marketdə personal xidməti 0. Çörəklər kulyoka qoyulmur, quruyub qalır. Kulyok istəyirsən deyirlər, yoxdu. Endirim qiymətinə aldığımız məhsullar kassada daha baha gəlir. Kassirləriniz səhvlərini görmək əvəzinə müştərilərlə dalaşırlar. Müştəriləri borclu çıxardılar. İşçiləriniz bir şey unudublar. MÜŞTƏRİ HƏMİŞƏ HAQLIDIR.

  • Ə
    ★
    ★
    ★
    ★
    ★

    Həzi Aslanov, Xətai rayonu, Ceyhun Həsənov küçəsində dünən alış-veriş etmişdim. Saat 21:40–22:00 kassirə aldığım məhsulu qaytarmağı xahiş etdikdə mənə çox kobud formada cavab verdi. Personal xidmət 0.

  • T
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün saat 18:10-da Yasamalda, Abbas Mirzə Şərifzadə küçəsi 286-da alış‑verişə gəlmişdim. İşçilərin səsindən ağız deyəni qulaq eşitmirdi. Elə özbaşınalıq olmaz.

  • N
    ★
    ★
    ★
    ★
    ★

    Men Zeynalov Namiq, Xocalı rayonu, Təzəbinə kənd sakiniyəm. Şikayətim var ki, 3 ay əvvəl oğlumu marketə alış‑veriş üçün göndərdim, boş qayıtdı. Dedi ki Ayşə məni çölə çıxartdı. Yoldaşım getdi, müdiriyyətə şikayət etdi. Sonra müdiriyyət dedi təhqir verdim, nə qədər düz olduğunu bilmirəm. Mən isə dedim ki qadındır, heç nə olmaz. Bu gün özüm alış vaxtı gəldim, dedi: "Götürdüyün malları kassada vurmamısan, qiymətlərinə baxım." Soruşdum konfetinin qiymətini, mənə əsəbləşib cavab verdi. Sonra qonşum dedi mənə də bir paket vursun, 3 köpüklük qayidib ona dedi ki, "desən verərdim" — yəni məni təhqir etmiş oldu. Xahiş edirəm tədbir görəsiniz. Hələki əsəbim yerindədir. Çox xahiş edirəm.

    Ardını oxu...
  • A
    ★
    ★
    ★
    ★
    ★

    Oba Marketin Qubadlı rayon mağazasında qanunsuzluq baş alıb gedir. Özünü idarə edə bilməyənə mağazını etibar edirsiniz, xahiş olunur tədbir görəsiniz.

  • YH
    Yusif Hüseynli 23 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam aleykum. Mən Yusif Hüseynli. Bu gün Ramanada yerləşən Oba mağazasında sarı saçlı əməkdaş arxada dayanan müştərini növbədən kənar xidmət etdi, halbuki mənim növbəm çatmışdı. Bundan əvvəl ödənişlə problem yaşadım. Mobil telefonumu götürüb yenidən mağazaya qayıtdım, gözlədim. Xahiş edirəm bu məsələni araşdırasınız, kamera qeydlərinə baxıb ədalətli qərar verəsiniz. Anlayışınız üçün təşəkkür edirəm. Allah razı olsun, Allah amanında. Ünvan: AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ Həsənbəy Zərdabi (Ramana qəs.)

  • A
    Anonim 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Masallı rayonu Boradığa qəsəbəsində yerləşən Oba Marketə 1 insanın 2 Oba Marketə necə rəhbərlik edir, başa düşə bilmirəm. İş üçün getdim, mənə dedi ki, iş yoxdu. 2 Oba Marketə rəhbərlik edən Ruslan kimdi axı? Belə insanlar pul görən zaman davranışları dəyişir.

  • M
    Mensur 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    2 nömrəli Oba (3 nömrəli məktəbin yanı). Məhsulun üzərində göstərilən qiymətlə kassada çəkilən qiymət fərqli olur. Məsələn, toyuğun üzərində 5 manat yazılır, kassada 10 manat çıxır. Deyəndə isə proqram səhvi olduğunu bildirirlər. Xahiş edirəm bu filialda qiymətlərin düzgün tətbiq olunması yoxlanılsın.

  • A
    Anonim 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Bildirmək istəyirəm ki, 4-cü mikrorayon ərazisində, dayanacağın arxasında yerləşən Oba Marketdə işləyən xanım işçilər müştərilərlə kobud davranırlar. Xahiş edirik, tədbir görülsün.

Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Oba Market Baku reyler, oba-market haqqinda reyler, Oba Market shikayet, oba-market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Oba Market barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq